"Temu"nun sahibi 18 gündə 14 milyard dollar itirdi
Çinin məşhur elektron ticarət şirkəti olan “Temu”nun sahibi 18 gün ərzində 14 milyard dollardan çox sərvət itkisi ilə üzləşib.
Valyuta.az xəbər verir ki, “Temu”nun qurucusu və sahibi Kolina Hyanq bir neçə gün öncə Çinin ən zəngin adamı ünvanına yiyələnmişdi.
Bazar ertəsi elektron ticarət nəhəngi “Temu”nun daxil olduğu “PDD Holdings”in səhmlərinin azalması Hyuanqın sərvətinin 14,1 milyard dollar azalmasına səbəb olub. “Bloomberg” Milyarderlər İndeksinə görə Hyuanq indi 35,2 milyard dollar sərvəti ilə Çinin dördüncü ən varlı adamıdır.
Hyuanq bir neçə oyun və elektron ticarət startapını işə saldıqdan sonra 2015-ci ildə “PDD Holdings”i qurub. Bundan sonra Hyuanq 2021-ci ilin əvvəlindən sürətlə dünyanın ən varlı adamları sırasında yüksəlişə keçib.
“Temu” markası ilə Çindən kənarda da genişlənən platforma 2022-ci ildəki güclü debütündən sonra qısa müddətdə ABŞ-də ən çox yüklənən proqramlardan birinə çevrildi. Şirkət “Shein” və “Amazon” kimi nəhənglərlə rəqabət aparmağa başladı. Dünyada geniş tələb görən şirkət bəzi ölkələrin hökumətləri tərəfindən təzyiqlərlə üzləşib. Təzyiqlərə səbəb “Temu”nun malları daha ucuz satmasıdır.
Avropa İttifaqı isə onlayn satın alınan ucuz mallar üçün əlavə idxal vergisi tətbiq etməyi düşünür.
Artıq Türkiyə “Temu”ya qarşı tədbirlər görüb və idxal edilən mallara vergilər təbiq edib. Bu tədbirlər “Temu”nun dəyərinin düşməsinə səbəb olub.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay