BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
54012

Məşhur simalardan reklamlarda istifadə geniş yayılıb. Çünki bununla bağlı uğurlu işlər çoxdur. Lakin bəzən məşhur sima ilə edilən reklamlarda da uğursuzluq halları yaşanır. Məsələn, bir avtomobil reklamına çəkilən məşhur özü başqa avtomobil istifadə edirsə, bu zaman ortaya ziddiyət çıxır. Yaxud bu gün bankın reklamına çəkilən məşhur simanı başqa bankın reklamında görürük. Bu hallar nə dərəcədə doğrudur? Məşhur simaları reklama çəkən zaman hansı nüanslar nəzərə alınmalıdır?

Valyuta.az-a danışan "Viva" kommunikasiya agentliyinin təsisçisi, kommunikasiya eksperti Vüqar Baba deyir ki, məşhur şəxslərin hansısa markaya, layihəyə sima seçilməsi korporativ kommunikasiyanın uzunmüddətli effekt verən və eyni zamanda məsuliyyətli formalarından biridir:

“Sima seçilərkən həmin şəxsin peşəkar və şəxsi fəaliyyətinin "üzü" olacağı xidmət və ya məhsulla uyğun olub-olmamasına diqqət edilməlidir. Keçmişdə və hazırda brendin xüsusiyyətləri və verdiyi mesajlarla nə qədər ortaq və əks nöqtələr olduğu yoxlanılmalıdır. Daha sonra, bu populyar şəxsin rəqib markalarla əlaqəsi, keçmişdə birgə PR, marketinq layihələrində iştirakı araşdırılmalıdır. Bu şəxsin həmçinin hazırda hər hansı bir brendlə iş birliyinin olmamasına fikir verilməlidir”. 

Ekspert bildirdi ki, tarixçəsi, maraqları, peşəkar fəaliyyəti, obrazı uyğun şəxs seçildikdən sonra isə bu sima olacaq şəxsin paralel formada bir neçə qurumla əməkdaşlıq etməsi qarşılıqlı razılıqla məhdudlaşdırılmalıdır:

“Məsələn, “X” il ərzində ya ümumi, ya da seçilmiş brendin fəaliyyət sahəsinə yaxın markalarla əməkdaşlığı qadağan edilməlidir. Təbii ki, adətən, bunun üçün həmin məşhura kompensasiya məbləği ödənilir. Bu cür peşəkar qaydalarla isə yalnız ciddi, öz reputasiyasına önəm verən müəssisələr və məşhurlar işləyir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin