BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
52822

Sovet dövründə rus dilini bilmək əsas tələblərdən biri idi. Təhsilini davam etdirmək, hər hansı bir işdə uğur qazanmaq istəyən hər kəs rus dilini bilməli idi. O dövrdə cəmiyyət arasında da rus dilində danışmaq prestij hesab olunurdu. Hətta rusca danışa bilməyənlərə qarşı da birmənalı yanaşılmırdı.

Lakin günümüzdə isə belə bir məcburiyyət, stereotip yoxdur. Amma Bakının mərkəzində yerləşən bəzi restoranlarda hələ də rus dili ab-havası davam edir. Belə ki, müştərilər obyektə daxil olduğu anda onları rusca qarşılayır, dialoqu da məhz bu dildə qururlar. Hətta bəzi restoranlar Azərbaycan dilində menyu tərtib etmək zəhmətinə belə girmir.

Bəs görəsən xidmət sektorunda çalışan əməkdaşların ana dilimizdən istifadə etməməsinə səbəb nədir?

Valyuta.az xəbər verir ki, Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bizim.Media-ya açıqlamasında bildirib ki, xidmət sektorunda çalışan işçilər Azərbaycan dilində danışmamalarını ölkəmizə gələn turistlərlə əlaqələndirirlər:

“Xidmət sektorunda çalışanlar özlərinə müəyyən dərəcədə haqq qazandırırlar ki, turist və xarici qonaqlar çoxdur, ona görə bu addımı atırlar. Lakin bu restorana gələn bütün qonaqları rus dilində salamlamağa bəraət qazandırmır. Bu istər-istəməz ictimai, psixoloji baxımdan pis nümunə sayılır. Halbuki bununla bağlı dövlət qərarları, dövlət proqramı, Prezidentin sərəncamı var.

“Ana dili haqqında” qanun da var.

Biz bu qanunlara əməl etməliyik. Öz ana dilimizə hörmət etməyi öyrənməliyik. Bir sıra yerlərdə hətta ölkələrinə gələn turistlərdən belə öz dillərində danışmağı istəyirlər ki, bu da onların öz dilinə olan sayğısından irəli gəlir. Ancaq Azərbaycanda bir sıra insanlar nəinki öz dilinə hörmət qoymur, hətta bir-biriləri ilə belə başqa dillərdə danışırlar.

Hər bir vətəndaş öz ana dilini qorumalı, onun keşiyində dayanmalı, hörmət etməli, onun daşıyıcısı olduğu üçün qürur duymalıdır. Əgər ana dilində ən ali hisslərini ifadə etmirsənsə və bunu özünə əskiklik bilirsənsə, deməli, sənin bu dillə heç bir əlaqən yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin