Bakının bağlanan məşhur bazarı açılır
Ləğvetmə prosesində olan “Montin Bazar” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncaq sentyabrın 14-nə təyin olunub.
Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin fəaliyyətinin bərpası məsələsini müzakirə edəcəklər.
Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən ilin iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.
Amma cari ilin sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən ilin iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.
Eləcə də Cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.
Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.
Qeyd edək ki, “Montin-Bazar” ASC 08.10.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Quliyeva Emiliya Əlisa qızıdır.
© İqtisadiyyat.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay