BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
52196

“Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda tədbirdə reklam bazarındakı müasir çağırışlar, bu sahədə biznes fəaliyyəti və imkanlar müzakirə edilib. 

Valyuta.az xəbər verir ki, iyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədinin reklam sahəsində biznes mühitini, burada olan mövcud imkanları və perspektivləri müzakirə etmək, sektorun problemlərini dövlət-sahibkar əməkdaşlığı platformasında birgə nəzərdən keçirmək olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı müvafiq qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Müvafiq sahədə kibertəhlükəsizliyin təmin olunması məqsədilə ölkədəki monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən artıq sahibkarlar reklam ödənişləri, qayda və prosedurlar barədə daha çox məlumatlıdırlar. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib. 

Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin