BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8451
  • 1 Rusiya rublu
    0.0174
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2075
51903

Son zamanlar təcrübəçi axtaran şirkətlərin sayı çoxalıb. Onlar işçiləri, xüsusilə də, tələbələri öz şirkətlərinə cəlb edib onların əməklərindən istifadə edirlər. Bu zaman bir çox hallarda təcrübəçiyə ödəniş olunmur. Və ya 3-6 ay müddətində ödənişsiz işləməsini istəyirlər. Bəs şirkətlər, müəssisələr təcrübəçilərə işlədiyi müddətdə ödəniş etməlidir?

Valyuta.az-a danışan maliyyə auditi Sonarə Vəliyeva deyir ki, təcrübəçilərə məcburi ödəniş məsələsi universitetin göndərdiyi və dövlət müəssisələrində olan təcrübəçilərə aiddir:

“Bu iki halda təcrübəçilərə ödəniş olunması məcburidir. Universitet ilə təcrübəyə göndəriyi şəxs və müəssisə arasında üçlü müqavilə bağlanır. Orada təcrübəçilərə ödəniş olunması tələb olunur. Hətta belə bir şey də var ki, təcrübəçi istehsalatda baş verən bədbəxt hadisələrdən, əmək qabiliyyətinin itirilməsi hallarından məcburi tibbi sığorta olunmalıdır. Təcrübədə olduğu müddətdə də minimum aylıq əmək haqqı ilə, yəni 345 manat ödəniş ilə təmin olunmalıdır. 

Əgər təcrübəçi yarım ştat işləyərsə, ona 172,5 manat məbləğində ödəniş olunmalıdır. Digər şərtlər də olarsa, bu, üçlü müqavilədə qeyd olunur. Müəssisə buna əməl etmədiyi təqdirdə təcrübəçinin həmin müqaviləni əsas gətirərək şikayət etmək hüququ var. Bu müqavilənin forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə tənzimlənir. 

İkinci hal dövlət müəssisələrində və onun nəzdində olan müəssisələrdə təcrübə keçən şəxslərlə bağlıdır. Onlar da təcrübə keçdiyi müddətdə müqavilə bağlayır, icbari tibbi sığortanın olması, minimum əmək haqqının verilməsi şərtdir”.

Müsahibin sözlərinə görə, digər özəl müəssisələrdə işçi ödənişsiz işləyirsə, onunla şirkət arasında müqavilə bağlanmalıdır:

“Digər özəl müəssisələr və təşkilatlar var ki, orada iş yerində təcrübə müqaviləsi olmadan təcrübəçi işlədirsə, əmək müfəttişi gəlib maliyyə sanksiyası tətbiq edə bilər. Amma təcrübəçi ilə müəssisə arasında müqavilə bağlanır, bu müqavilənin şərtlərini işəgötürən müəyyənləşdirib və təcrübəçi də bununla razı olduğunu təcrübə müqaviləsində təsdiqləyibsə, əmək münasibətlərinə nəzarətedici orqan bununla bağlı heç bir şey edə bilməz. Bu müqavilə hər iki tərəfin qarşılıqlı razılığı ilə olmalıdır. Məsələn, müqavilədə qeyd olunsa ki, 3 ay müddətində ödəniş olunmayacaq və ya yarım ştat işləməsi qeyd olunubsa, burada qanun pozuntusu yoxdur. Çünki istər Əmək Məcəlləsində olsun, istərsə də Nazirlər Kabinetinin qərarı olsun, bununla bağlı cərimə tətbiq olunması və ya qanun pozuntusu halı yoxdur”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Sevmədiyimiz rəhbərlə işləmək - Bizə və işimizə təsiri

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Dünyanın ən böyük altkoinlərindən biri adını dəyişdirir

"Ford" səhmdarlarına dividend ödəyəcək - Qərar

"JPMorgan" analitikləri "Bitcoin" mədənçiləri haqqında hesabat yayınladı: “Onların təxminən 9 ayları var”

Yaponiya ilə Rusiya arasındakı ticarət dövriyyəsi ikinci ay da artdı

Ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

İki şirkət arasında alqı-satqı mübahisəsi

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Rusiya və Belarus PostEurop Avropa Assosiasiyasından tamamilə çıxarıldı

Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər

Satışlar gözləniləndən çox zəiflədi - "Nestle" vacib addım atdı

Alimlər travmatik beyin zədələrinin müalicəsi üçün yeni üsul təklif etdi

"MY FRUIT" gömrük qaydalarını pozub

İtaliyanın böyük bankı Rusiyadan olan müştərilərin "ağ siyahısı"nı açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin