
09.07.2024 / 16:19
Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb
51423
Böyük Qayıdış proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentlik tərəfindən Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.
Avadanlıqlar çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib.
Proqram iştirakçılarına qeyd edilən istiqamətlər üzrə öz işlərini qurmaları üçün bütün zəruri avadanlıqlar təqdim edilib.
Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 110-a çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay