BAKU Azərbaycan
12.03°C
51387

Bəzi geyim mağazalarında “Alınan mallar geri qaytarılmır”, “Dəyişdirmək olmaz” kimi elanlar yerləşdirirlər. Bu kimi elanlar bəzi müştərilərdə narahatlıq yaradır. Onlar bu tipli elanların düzgün olmadığını bildirirlər. 

Bəs bəzi geyim mağazalarının bu kimi elanlar yerləşdirilməsinə icazə varmı? Bu qayda necə tənzimlənir?

Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu, Azərbaycanda uzun illər boyu geniş yayılmış istehlakçı hüquqlarını pozan bir mövzu idi. Get-gedə vəziyyət yaxşıya doğru dəyişsə də, hələ də bu kimi elanlarla qarşılaşırıq:

“Bəzən bu elanları çeklərdə də qeyd edirlər, bu da yolverilməzdir. Malların qaytarılması və dəyişdirilməsi ilə bağlı hər mağaza sanki öz qanunlarını ortaya qoyur. Məsələn, bujiteriya mallarının qaytarılması ilə bağlı qadağalar qoyurlar. Şikayətlər gəlir ki, qulaqcıqların qaytarılması zamanı bir çox problemlər yaşanır. Satıcılar qulaqcıqların gigiyenik məhsul olduğunu deyərək geri qaytarmaq istəmirlər. Bununla bağlı bir çox hallar var, belə halların hamısı qanuna ziddir. Belə halda istehlakçılar həmin elanların şəklini çəkməli və onu İqtisadiyyat Nazirliyinin əlaqə nömrələrinə göndərməlidirlər”.

Hüquqşünas Ceyhun Cəfərov deyir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi alqı-satqı müqavilələri ilə bağlı, istər topdan, istərsə də pərəkandə satış obyektlərində alış-veriş edən vətəndaşların bu müqavilələrdən irəli gələn hüquqları ilə bağlı bir çox aspektdən məsələləri tənzimləyir. Hüquqşünasın sözlərinə görə, qanunla əgər alıcı pərakəndə satış müəssisəsində məhsulun ölçüsünə, formasına, keyfiyyətinə görə bəyənmədiyi məhsulu almış olarsa, həmin məhsulu 14 gün müddətində geri qaytara bilər:

“Məhsulun zəmanət müddəti varsa, həmin müddət ərzində məhsulu geri qaytara bilər. Əgər istehlakçı aldığı məhsulu istifadə etməyibsə, keyfiyyəti aşağı düşməyibsə, sonradan qüsur yaranmayıbsa və yarlığı üstündə olarsa, həmin məhsulu 14 gün ərzində geri qaytara və yenisi ilə əvəz edə bilər. Bu maddə alıcılara seçim imkanı verir və onların hüququnu qorumuş olur ki, onlar münasib əşyanı ala bilsinlər və həmin əşyanın problemi olarsa, onu yarlıq ilə geri qaytara bilər. Bu da vacib nüansdır ki, məhsulun satış çeki və yarlığı onun üzərində olsun. Çünki satıcı geri qaytarılan məhsulun ondan alındığını sübut etməsini tələb edəcək. 

Buna görə də, qanunvericilikdə satıcının üzərinə məsuliyyət qoyulur ki, məhsulun satılmasına dair kassa çekini müştəriyə təqdim etsin. Çek yoxdursa, o mağazadan aldığınızı sübut edə bilmirsiniz və bu zaman da qanunvericilik satıcının hüquqlarını qoruyur. Alıcı aldığı məhsulun çekin saxlamırsa, məhsulu geri qaytarmaq istəyirsə, bu zaman onun bu hüququna qanunvericilikdə təminat yoxdur”. 

C.Cəfərov onu da qeyd etdi ki, “Alınan mallar geri qaytarılmır”, “Dəyişdirmək olmaz” kimi elanlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı normalarına ziddir: “Bu elanların heç bir hüquqi qüvvəsi yoxdur. Qaytarılması mümkün olmayan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda göstərilən məhsullar qaytarıla bilməz. Həmin siyahıya daxil olmayan məhsulların satıldığı obyektlərdə bu kimi elanların yerləşdirilməsi yolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin dəyişdirilməsi və qaytarılmasının mümkün olmayan malları müəyyən etdiyi siyahıya qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi

Google süni intellektin redaktə etdiyi şəkilləri ayıracaq

Bütün zamanların ən varlı adamı sərvətini necə itirdi? Hər şey iki dəqiqədə oldu...

"Alibaba" ABŞ-da səhmdarlara 433,5 milyon dollar ödəyəcək - Məhkəmə işi

Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb

"ASKfm" bu tarixdən fəaliyyətini dayandırır

Xaricə spirt satışından 75 milyon dollar qazanmışıq - Gəlirimiz artıb

Həm cəlbedici, həm də riskli - Dollarla qoyulan əmanətlər

Ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Qızılın dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri - AÇIQLAMA

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb

"Beşiktaş" klubu ciddi maliyyə problemləri ilə üz-üzə - 12 milyardlıq borc

İsveçdən Ukraynaya 110 milyonluq yardım - Detallar

Frilanser işi qəbul edərkən nəzərə alınmalı 4 nüans

Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasının qüvvəsini bərpa edib

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Alimlər dünyanın ən kiçik kvant kompüterini kəşf etdilər

Mazut istehsalı 5 dəfədən çox artıb

Nazirlərin noyabrda qəbul cədvəli

Azəristiliktəchizat-ın qış hazırlığı - İsinə biləcəyikmi?

BRİKS-in vahid valyuta müzakirələri nəticə verəcəkmi? - Ekspert

Ukraynanın ən böyük şirkəti 4 milyarda azərbaycanlıya satıldı

İqtisadiyyatımızın kiçik və böyük problemləri - Həllinə hardan başlayaq?

Ermənistanın XİN başçısı COP29-a dəvət olunub

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

Sabahın hava proqnozu

Rusiya Türkiyədə ikinci AES tikəcək? - Ərdoğandan ruslara təklif

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin