BAKU Azərbaycan
32.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8408
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.1785
51231

Xəbər verdiyimiz kimi iyulun 1-dən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə minib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti hesab edir ki, Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.

Nəzərə alaq ki, Rəqabət Məcəlləsi 17 ilə yaxın idi ki, Milli Məclisin müzakirəsində idi. Hər dəfə müxtəlif səbəblər üzündən qanunun qəbulu ləngiyirdi. Nəhayət, Məcəllə qəbul edildi və Ölkə Başçısının sərəncamına əsasən qüvvəyə mindi.

Bəs Rəqabət Məcəlləsinin qüvvəyə minməsi nəyi dəyişəcək?

Suala millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib.  O, Bizim.Media-ya danışarkən bildirib ki, Rəqabət Məcəlləsi uzun müddət müzakirə olunan sənədlərdən idi:

“Təxminən 17 il bu məcəllənin müzakirəsi həyata keçirilib. Və nəhayət, Məcəllə geniş miqyaslı müzakirələrdən sonra qəbul olundu. Məcəllə layihəsi Milli Məclisə təqdim edildikdən sonra həm də ictimai dinləmələr oldu. Bu müzakirələrdə yalnız millət vəkillərinin deyil, ictimaiyyət nümayəndələrinin də təklifləri müzakirə olundu.  

Bu Məcəllənin qəbulu vacib idi. Çünki Məcəllənin qəbulu nəticə etibarı ilə biznes mühitinin müdafiə olunması, dəstəklənməsi və eləcə də azad sahibkarlığın genişlənməsi üçün vacibdir. Bu birmənalı şəkildə rəqabətin güclənməsinə və sahibkarlığın inkişafına töhfə verəcək”.

Vüqar Bayramov qanunun qüvvəyə minməsindən sonrakı gözləntilərdən də danışdı:

“Gözlənti ondan ibarətdir ki, bir sıra ərzaq və qeyri-ərzaq məhsulların qiymətində azalamalara səbəb ola bilər. Təbii ki, bu qısamüddətli gözlənti deyil. Amma Məcəllənin qəbulundan sonra azad biznesin daha da inkişaf etməsi, rəqabətin güclənməsi artıq orta müddətli dövrdə istehlak bazarındakı qiymətlərə də təsir göstərə bilər. 

Bütün hallarda Məcəllənin qəbulu istehlak bazarında rəqabəti gücləndirəcək. Xüsusən də bu, kiçik və orta sahibkarlar üçün yeni imkanlar deməkdir. Bu qanunun qəbulu qiymətlərin optimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması baxımdan çox vacib idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Agro Polimer" cərimələnə bilər

İran BRICS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif etdi

Süni intellekt tendensiyası sürətlə smartfon bazarını zəbt edir

"Zeynalabdin" ASC məhkəmə qarşısında

Rusiya "Telegram"ı 3 milyon rubl cərimələdi

2024-cü ilin I rübündə Türkiyədən bu məhsulların alışına 80 milyon dollardan çox xərclənib

Azərbaycanın soyuducu istehsalı 70 faizə yaxın azalıb

Qarabağ Universitetinə mətbuat katibi təyin edilib

Qarabağ Universitetinə mətbuat katibi təyin edilib

Sabah bu ərazidə qaz olmayacaq

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ötən il 2 mln. manata yaxın zərər edib - Hesabat

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Texnologiya həvəskarlarına şad xəbər: Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək®

Azərbaycan dollardan imtina edə bilər? - Açıqlama

Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək -XƏBƏRDARLIQ

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

AYNA: Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib

Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılıb

3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək

“Bankdandır, kartınıza müdaxilə var” zəngi gəlsə...- DİN-dən xəbərdarlıq

Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır

Məşhur şirkət AQTA-nı məhkəməyə verdi

Universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlər iyulun 10-dan sənədlərini DİM-ə təqdim etməlidir

Azərbaycan bu məhsulun xaricə satışından 100 milyon dollar gəlir əldə edib - 2 dəfəyə yaxın artıb

Qusara yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

Yerli və xarici şirkətlərin elektron dövlət qeydiyyatı eyniləşdirilib

Prezident keçmiş deputatı icra başçısı təyin etdi - SƏRƏNCAM

Beyləqana yeni icra başçısı təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin