Biznes
05.07.2024 / 09:07
Azərbaycanlı xanım Rusiyanın ən iri Parfümeriya və Kosmetika şəbəkəsində rəhbər vəzifəyə təyin edildi
51169
Həmyerlimiz Nərmin İsmayılova Rusiyanın ən iri Parfümeriya və Kosmetika şəbəkəsi olan “Letoile GCC”də Marketing, PR və Kommunikasiya rəhbəri təyin olunub.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, Nərmin İsmayılova ofisi Dubay şəhərində olmaqla, şirkətin BƏƏ-də, o cümlədən bütün ərəb dövlətlərində olan mağazalarının marketinq departamentinə rəhbərliyi həyata keçirəcək.
Şirkətin artıq Qətər Dövlətində mağazası fəaliyyət göstərir və yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində bir neçə mağazası açılacaq. Bir müddət sonra şəbəkənin Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı Krallığında mağazalarının açılışı gözlənilir.
Nərmin İsmayılova daha öncə “Adore Kompani” və “Gazelli Group” şirkətlərinin Baş Direktoru olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay