BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
50857

Pərvanə Həsənova
       İnsan Resursları mütəxəssisi

Bu gün Azərbaycanda şirkətlərin çox ciddi problemlərindən biri kadr problemidir. Bu özü ayrılıqda ciddi mövzudur. Kadr probleminin olduğu bir dönəmdə daha ciddi bir məsələ də ən azı əlimizdə olanları saxlamaq (qorumaq) üsullarıdır. 

Bəs illərlə əziyyət çəkib yetişdirdiyimiz, öyrətdiyimiz, təcrübə qazandırdığımız işçini ondan hələ təzə-təzə fayda almağa başlamışkən itirməmək üçün nələr etməliyik?

Xarici ölkələrdə, Avropa, Amerika, Asiya ölkələrində işçi loyallığını artırmaq, istedadları itirməmək, əməkdaşların güclü tərəflərini üzə çıxarmaq üçün tətbiq olunan mövcud yanaşmalar bizim üçün çox maraqlıdır. Yerli sahibkarlar, müəssisə rəhbərləri beynəlxalq təcrübəni ölkəmizdəki korporativ mədəniyyətlərdə tətbiq etməyə çalışırlar. Beynəlxalq təcrübədə işçi bağlılığını yüksəltmək üçün, reallıqda nəzərə alınan məqamları, tətbiq olunan üsulları işıqlandırmaq faydalı ola bilər. 

Almaniyanın Berlin şəhərində yerləşən Elmi Araşdırma Mərkəzlərinin birində iş mühiti:

İşçilərin qərarları dinlənilir, iyerarxiya, asılılıq çox azdır.

Daha çox beyin məhsulu ölçülür, yaradıcı kadr, müəssisənin onurğa sütunudur.

İşə davamiyyətə nəzarət edilmir, 09:00-dan 18:00-a kimi işləmək mütləq deyil, iş saatı deyil, işin keyfiyyəti önəmlidir.

Tez-tez “home office” təşkil edilir, işçilərin evdən işləməyinə şərait yaradılır.

Hibrid iş rejimi tətbiq edilir ki, bu da şəhərdəki tıxacların azalmasına da təsir edir.

Daha çox işləri layihələr şəkilində işləyib təhvil verirlər.

Tez-tez əməkdaşlarla birgə iclaslar təşkil olunur, “Swot analiz”lər aparılır, hər bir bəndin üzərində işlənilərək, əksikliklər, təhlükələrin aradan qaldırılması üçün komanda işi görülür.

Aşağı vəzifəli də olsa, artıq işlədilmir, işi qısa vaxtda necə təhlükəsiz, daha az yorulmaqla, daha effektiv idarə etmək lazım olduğunu araşdırırlar.

İnzibati hissədə çalışan əməkdaşlarla başqa məkanda yerləşən regional bölmələrdə çalışanlar arasında fərq qoyulmur.

Təhlükəsiz iş şəraiti mütləqdir.

Qadağalar, işçiləri sıxmaq, əzmək kimi düşüncə demək olar ki, yoxdur.

İş yerlərində əməkdaşları xüsusi himayə edən qruplar fəaliyyət göstərir, sosial, cinsi təhlükələr, mobbinq, müdir tərəfindən təzyiq, əxlaqsızlıq, irqçilik, dinçilik və s. kimi məsələləri şikayət edib, rəhbəri məsuliyyətə cəlb edə bilirlər.

“Overtime”lar hesablanır, işçilərin həddindən artıq iş yükü ilə yüklənmələrinə icazə verilmir.

Rüşvət yoxdur.

Psixoloq fəaliyyət göstərir, işçilərə psixoloji dəstək göstərilir, şəxsi həyata qarışılmır.

Rəhbərlər işçilərin hüquqlarını pozamaqdan çəkinirlər, çünki heç kimə haqsızlıq etmirlər, işçilər buna icazə vermir.

Təlimləndirmə mütləqdir, təlimdən yayınsa vəzifə, əmək haqqı artımı tətbiq olunmur. Bahalı da olsa, kurslar təşkil olunur. 

Amerikada: 

Pozitiv mühit önəmlidir və bu mühitin saxlanılması üçün hər kəs əlindən gələni edir.

Müxtəlif vasitələrlə işçinin güclü tərəfləri ortaya çıxarmaq üçün üsullar düşünülür.

İşçinin zəif deyil, güclü tərəfləri üzərində düşünülür, təlimləndirilir.

İşçi xoşbəxt olmalıdır ki, psixoloji vəziyyəti icra etdiyi işin keyfiyyətinə təsir etməsin.

İşçiyə onun dəyərli olduğu hiss etdirilir.

Təlimləndirilmə çox önəmlidir. Təlimləndirməyə kifayət qədər böyük məbləğdə kapital qoyulur.

Bütün işçilərin Karyera inkişaf planı üzərində xüsusi işlənilir.

Planlamaya uyğun təlimləndirilmə keçmədən vəzifə artımı mümkün deyil.

İrq, din, siyasət və s. mövzuların iş şəraitinə təsir etmələrinə yol verilmir.

Filippində: 

Əməkdaşlara dost münasibət bəslənilir.

Gün ərzində işçilərin istirahət etmələrinə 2 saat vaxt ayrılır.

Nahardan sonra 1 saat yatmağa vaxt ayrılır.

Rəhbərlər işçilərlə eyni otaqda oturur, eyni yerdə yemək yeyir.

Rəhbər, CEO lider rolunda bütün işçilərə bir-bir yaxınlaşır, məslələri həll etməyə çalışır, tövsiyələrini verir.

Əməkdaşlara hörmət edilir.

Yaponiyada:

Yaşlı insanlar da işləyir və ən yüngül işlər onlara verilir ki, darıxmasınlar, depressiyaya düşməsinlər. 

Overtime ödənilir, ona görə əksər işçilər könüllü şəkildə gec saatlara kimi çalışırlar. 

Müasir yaponlar gənc yaşlarından ancaq karyera üzərində işləyirlər və gec ailə qururlar.

Həmkarlar ittifaqlarının qərarları işəgötürən üçün məcburidir.

Ənənəvi olaraq, həmkarlar ittifaqları ilə şirkət rəhbərliyi arasında əmək haqqının artırılması ilə bağlı danışıqlar yazın əvvəlində aparılır, “syunto” (“yaz döyüşləri”) adlanır. Böyük şirkətlərin rəhbərləri ilə əldə edilən razılaşmaların kiçik firmalardakı danışıqların nəticələrinə təsir edəcəyi düşünülür.

Koreyada:

Maksimum 4 il eyni vəzifədə qalmaq olar, uzun müddət eyni pozisiyada qalmaq yaxşı qarşılanmır.

Bəlli bir perioddan sonra rotasiyalar olur, bunu bilən işçi üzərində daha çox işləyir, işi onun üçün rutinə dönübsə, yeni işi artıq ona həyəcanlı olur, hətta yeni işində daha uğurlu olmağa çalışır.

Təlimlərə göndərilir, vəzifələr dəyişdirilir, karyera inkişafı üzərində çox işlənilir, çünki düşünülür ki, rutinə dönən iş yeni heç nə öyrətmir. Təhsil və təlimləndirməyə çox yer verilir, bir vəzifə üçün alternativ ehtiyat kadrlar hazırlanır.

Təşəkkürnamələr, önə çəkilmələr, karyera inkişafı önəmlidir.

Ukraynada:

İşçilərə daha çox sərbəstlik verilir.

Subardinasiya qaydalarına riayət olunmağa çox da fikir verilmir, işçi rəhbər münasibətlərində dostca yanaşmalar üstünlük təşkil edir, dəyərli hiss etdilir, işçi müəssisənin bir parçası hiss edir, iyerarxiya azdır.

Fikir azadlığı mövcuddur.

İşçilər dinlənilir, qərarlarına hörmət edilir, dəyərləndirilir, komanda işinə önəm verilir.

Mütəxəssislərin sözü önəmsənilir, qərarları nəzərə alınır, sərbəst qərara üstünlük verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin