BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
49969

Ölkəmizdən xaricə işləmək üçün gedən insanların sayı kifayət qədərdir. Onların işləmək üçün müxtəlif ölkələrdə üz tutduqlarını görürük. Hazırda ölkə xaricində karyera planları quran şəxslər də müxtəlif ölkələrdəki iş imkanlarını araşdırırlar. Təbii ki, üz tutulan ölkənin hara olmasından asılı olmayaraq həmin ölkədəki iş imkanlarını araşdırmaq lazımdır. Vətəndaşlarımızın iş üçün gedə biləcəyi ölkələrdən biri də Danimarkadır. 

Bəs Azərbaycandan Danimarkaya getmək istəyənlər hansı sahələri araşdırmaldır? 

Valyuta.az-a danışan Danimarkada qlobal mebel istehsalçısı olan “Tvilum” şirkətində baş satınalma kateqoriya meneceri işləyən azərbaycanlı Elçin İbrahimov deyir ki, Danimarkada bir neçə sahə var ki, çox inkişaf edib və gələcək üçün çox potensiallı istiqamətlərdir:

“Bunlardan biri bərpa olunan enerjidir. 70-80-ci illərdə neft böhranından sonra qiymətlər həddindən artıq artanda, Danimarka görür ki, təbii resursları yoxdur, xarici faktorlardan asılı vəziyyətə düşür. Dövlət belə qərar verir ki, bərpa olunan enerjiyə investisiya etsinlər. 10 illiklərlə sərmayə buraxılır. Nəticədə 2000-ci illərdə bir neçə Danimarka şirkəti bərpa olunan enerji sahəsində çox böyük biznes qurur, əsasən də külək enerjisi üzərindən. Bu sahə böyükdür, həm quruda, həm də dənizdə işlər var. Bu sahənin mütəxəssisləri Danimarkaya gələ bilərlər, yaxud elə bu sahədə təhsil üçün də gələ bilərlər”.

E.İbrahimov ikinci sahənin tibb olduğunu qeyd edir:

“Danimarka bu sahədə də tanınır. Məsələn, “Novo Nordisk” insulin istehsal edən şirkətdir, bütün dünyada tanınır. Onların çox geniş yayılan ikinci məhsulları “Ozempic” var, insanı arıqladır. Heç bir zərəri olmayan dərmandır, içirsən, səni arıqladır. O şirkət o qədər böyükdür ki, Danimarka iqtisadiyyatını ölçəndə, Danimarkanın ümumdaxili məhsulu və “Novo Nordisk”in ordakı payını bir-birindən ayrı tuturlar. Bu şirkətin market dəyəri Danimarkanın ÜDM-dən 1,5 dəfə çoxdur, Azərbaycanın ÜDM-dən isə 8 dəfə çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin