BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
49658

Ətrafımızda olan şəxslərdən biznesə, yaxud hansısa startapa bir yerdə başlamaq üçün müəyyən təkliflər alırıq. Bu zaman tərəddüdlü oluruq: Görəsən, qəbul edim, yoxsa yox? Bu zaman düşünülən suallar çox ola bilir. Onlardan biri də təklif edən şəxsin kimliyidir. Yəni, bir yerdə iş təklif edən çox ola bilər. 

Bəs biz kimlərlə bir yerdə işləməyi seçməliyik? Təklif gələndə, nələri nəzərə almalıyıq?

Valyuta.az-a danışan “Mediamark” Digital Agentliyinin təsisçisi Orxan Rzayev deyir ki, ortaqlıq təklifi varsa, burada bir neçə faktoru analiz edərək qərar verməliyik: “İlk olaraq ideyanın aktuallığına, bazar dəyərinə, hansı problemi həll etməsinə baxmaq lazımdır. Daha sonra təklif edən şəxsin kimliyinə diqqət etməliyik. Yəni, bu şəxsin həmin sahədə öncədən təcrübəsi varmı? Həmçinin həmin şəxsin xarakteri, kimliyi, reputasiyası vacib faktorlardır. Təklif olunan biznesin hansı mərhələdə olması önəmli məsələdir. Yəni, bu ideyadır, yoxsa artıq müəyyən qədər iş görülüb? Əldə olunan nəticə nədir? Gələcək prespektivlər, potensial nədir? Deyək ki, biznesimiz aylıq 10x qazanır və aylıq 10x qazanaraq davam edirmi, yoxsa növbəti illərdə 50x, 100x olmaq potensialı varmı? Bazarda oxşar ideyalar varmı, bu ideyalar biznesə çevirilibmi? Bunlar hamısı əhəmiyyətli faktorlardır”.

O.Rzayevin sözlərinə görə, ənənəvi biznesə və ya startapa şərik olmaq istəyən şəxslərin fərqli özünəməxsus xüsusiyyətləri olmalıdır:

“Ənənəvi biznesdən danışan zaman təklif edən şəxsin bu sahədə təcrübəsinə və sahəni yaxşı bilməsinə baxmaq lazımdır. Təklif olunan biznes Azərbaycanda oturuşmuş, stabil tələbat olan biznesdirsə, təbii ki, ora investisiya etmək və ya başqa şərtlərlə daxil olmaq olar.

Bu, ənənəvi biznes yox, startap ideyasıdırsa, burada daha çox təklif edən şəxsin imicinə, reputasiyasına, xarakterinə, dəyərlərinə baxmaq lazımdır. Çünki adətən, startap layihələr uğursuz olur. Onun uğurlu olmaq ehtimallarından biri də təsisçinin xarakteri, dəyərləri, vizyonudur. Buna görə də, söhbət startapdan gedirsə, burada ideyadan daha çox həmin şəxsə baxmaq lazımdır”.

O.Rzayev onu da qeyd etdi ki, Azərbaycan reallıqlarını da nəzərə almaq lazımdır:

“Qlobal olaraq danışsaq, müxtəlif nəzəri faktorlardan, statistikalardan danışa bilərik. Amma Azərbaycanda iki nəfər şərik olan zaman ənənəvi problemlər ortaya çıxır. Məsələn, sənəd üzərində iş görülmür, qohumlar və ya dostlar işə başlayır, sonra problemlər olan zaman əlaqələr pozulur. Bunlar irəliləyən zamanlarda ciddi problemlər ortaya çıxarır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək - SİYAHI

Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir (VİDEO)

Ehtiram Quliyev yeni şirkət yaratdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin