BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
45621

Sahibkar olmaq bir çox xüsusiyyətlər özündə cəmləməyi tələb edir. Qətiyyətli olmaq, zəhmətkeşlik, liderlik, sonsuz enerji, təslim olmamaq və s. xüsusiyyətlər. Bütün bunlar uğura gedən yolda olan sahibkarların ən vacib xüsusiyyətləridir. Amma bütün bu yaxşı keyfiyyətlərlə yanaşı, bəzi sahibkarların müəyyən bir nöqtədən sonra irəliləməsinə maneə olan səhv davranışları da olur.

Valyuta.az xəbər verir ki, kiçik biznes sahilərinin irəliləməsinə maneə ola biləcək bəzi əsas səbəblər var. Onlardan bəziləri bunlardır.

1 - Bir irəlini düşünməkdən qorxmaq.

Bəzi sahibkarlar dayaz suda üzmək kimi təhlükəsiz olmağa üstünlük verirlər. Bu güvən sahəsindən çıxmaq onlar üçün qorxulu görünür, amma bu qorxu qırılmadıqca irəli getmək, hətta bəlkə də müəssisə qurmaq mümkün görünmür. 

2 - Səhv insanlarla işləmək

İnkişaf etmək və müəyyən miqyasda olmaq kollektiv iş tələb edir. Uzaqgörən liderlər təkbaşına işə başlasalar belə, bir müddət sonra tərəfdaşlar, yaxşı menecerlər yaradaraq biznesin böyüməsini təmin edə bilərlər. Amma burada vacib məqam odur ki, şirkətinizin bütün səviyyələrində çalışanlar doğru insanlardır. Əsas məqsəd düzgün işə uyğun namizəd tapmaq, yeni qoşulan işçilərlə xidmət, məhsul keyfiyyətini qorumaq və biznesinizi daha da irəli aparmaq olmalıdır.

3 - Nəzarətdən əl çəkmək istəməmək

Sahibkarlar 2 mühüm məsələyə nəzarəti əldən vermək istəmirlər. Kapitalla bağlı məsələlər və əməliyyat prosesləri. Onlar öz işlərinə o qədər inanırlar ki, çox vaxt onu başqasına təhvil vermək ağlına belə gəlmir. Yaxşı sahibkar olmaq üçün işi daha yaxşı bacaran insanlara həvalə etmək lazımdır. Daim hər şeyi idarə etməyə çalışmaq nəinki vaxt itirir, həm də digər işçilərdə inamsızlıq yaradır. İşçiyə işi həvalə edən lider işçilərə inam aşılayır.

4 - Məmnun olmaq

Bəzi müəssisələr müəyyən ölçüyə çatdıqdan sonra bununla kifayətlənir və daha da irəli getmək istəmirlər. O, olduğu yerdə qalmağa üstünlük verir, çünki qismən də burada onu daha təhlükəsiz hesab edir. Amma diqqətli olmaq lazımdır ki,  durğunluq və tənəzzül eyni yerdə qalmaqdan, irəliləməməkdən başlayır. Həmişə yenilikçi, yaradıcı olmaq inkişaf üçün tələb olunan ən vacib elementlərdən biridir.

5 - Yeni fürsətləri görməmək

Yaxşı bir sahibkar bir çox insanın gördüyü və çox diqqət yetirmədiyi, görmədiyi işlərlə məşğul olan biridir. Getdikcə çətinləşən rəqabət şəraitində fərqli perspektivlər inkişaf üçün vacib amillərdir. Təbii ki, biznesin inkişafı üçün etməli olduğu və etməməli olduğu çox şeylər var. Ən mühüm meyar açıq və dəyişməyə, təkmilləşdirməyə hazır olmaqdır.

Yuxarıdakı səhvlərdən başlayaraq özünüzü nəzərdən keçirin. Səhvi etiraf etmək çətin ola bilər, amma səhvi həqiqətən etiraf etməsəniz, dəyişiklik mümkün deyil.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin