Rusiyada biznesdə bərabər paya malik ilk milyarder ər-arvad qeydə alındı
Aleksandr və Natalya Lutsenkoya məxsus Rusiya və Belarus aktivlərinin dəyəri 2 milyard dolları ötüb.
Valyuta.az xəbər //www.gazeta.ru/business/news/2024/04/01/22684207.shtml verir ki, bu barədə Forbes müstəqil qiymətləndirməyə istinadən yazır.
Nəşr qeyd edir ki, onlar Rusiyada bərabər payda biznes sahibi olan ilk milyarder evli cütlük olublar. Cütlük ictimai olmayan həyat tərzi sürür. Aleksandr 2012-ci ildə Yaponiyanın Mitsui & Co korporasiyası Sodrugestvo qrupunun səhmdarı olduqdan sonra Bloomberg-ə müsahibə verib. Natalya Lutsenko haqqında demək olar ki, heç nə məlum deyil.
Sodrugestvo Group Avropada yağlı toxumların ən böyük emalçılarından biridir. İllik hesabatlardan belə çıxır ki, 2023-cü ildə şirkət öz biznesini yenidən strukturlaşdırıb.
Qeyd edək ki, 2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard dollar artıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay