Azərbaycanlı işəgötürənlərin işçilərdə axtardığı 10 keyfiyyət
Əmək bazarında hal-hazırda işçilərin təhsil və yumşaq bacarıqlarından başqa nəzərə alınan digər zəruri meyar da namizədlərin şəxsi kefiyyətləridir. Bəs, işəgötürənlər işçilərdə hansı şəxsi keyfiyyətləri axtarırlar?
Valyuta.az Dövlət Məşğulluq Agentliyinin keçirdiyi sorğuya istinadən xəbər verir ki, işəgötürənlərin üstünlük verdiyi şəxsi keyfiyyətlərin ən başında işçinin məsuliyyətli olması dayanır. Şəxsi keyfiyyətlər təhsil və bacarıqlardan fərqli olaraq, əsasən qazanılan deyil xarakter olaraq şəxslərə aid olan göstəricilərdir.
Bacarıqlar təhsil, təlim və təcrübə ilə qazanıla və ya inkişaf etdirilə bilər, amma şəxsi keyfiyyətlər şəxsin özünəməxsus olan xarakter göstəriciləridir və şəxsin xasiyyəti, davranışları, məsələlərə yanaşması kimi fərdi tərəfləri göstərir.
Şəxsi keyfiyyətlərin təbii və dəyişilməsi çətin olan xüsusiyyətini nəzərə alaraq, işəgötürənlər komandalarına olan əməkdaşın şəxsi keyfiyyətlərinin məhsuldarlığa və uzunmüddətli uğura təsir etdiyi fikrindədirlər. Buna görə də iş mühitinin keyfiyyətini yüksəldə biləcək şəxsi keyfiyyətlərə malik şəxsləri işə götürməyə daha meyillidirlər.
İşəgötürənlərin üstünlük verdiyi şəxsi keyfiyyətləri bunlardır:
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay