BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
45239

Azərbaycanın bir çox iri şəhərlərində küçə ticarəti ləğv olunub. 

Bu barədə Valyuta.az-a müraciət edən sahibkarlar bildirib. Onların sözlərinə görə, onlara xəbər edilmədən piştaxtaları ləğv edilir və səbəbi haqqında da heç bir məlumat verilmir. 

Bəs Azərbaycan qanunları küçə ticarəti ilə məşğul olmağa icazə verir? Sahibkarlar öz hüquqlarını necə qoruya bilər?

Bununla bağlı saytımıza danışan iqtisadçı Natiq Cəfərli bildirib ki,  küçə ticarəti qanunvericilikdə ən çox boşluq olan sahələrdən biridir:

“Müxtəlif dövlət və hökumət orqanları var ki, bu sahəyə nəzarət etmə ixtiyarı var. Bu da sahibkarlara əlavə problem yaradır”. 

İqtisadçı deyib ki, bu sahədə çox açıq və hər kəsə aydın olan yeni bir qanunvericilik bazasına ehtiyac var:

“Küçə ticarəti dünyanın bütün şəhərlərində var.  Bizdə isə küçə ticarətinə gah verbal olaraq icazə verirlər, gah yığışdırırlar. Sahibkarlar isə hansısa qanuna istinad edə və öz haqlarını müdafiə edə bilmirlər. Əlaqədar orqanlar qanunlarda olan boşluqlardan istifadə edir. Küçə ticarətinə gah icra hakimiyyətləri,  gah ticarət departamenti,  gah sanitar epidemiya stansiyaları qarışa bilir. Ona görə də yaxşı olardı ki, burda bir dəfəlik ya qanun qəbul edilsin, ya da qanunlara dəyişiklik və əlavələr edilsin, bilinsin ki, ümumiyyətlə küçə ticarəti anlayışı nədir. Bu anlayışa nə aiddir, necə tənzimlənir. Küçə ticarəti ilə necə məşğul olmaq olar? Lisenziya alınacaqsa, kimlər verə bilər, kimlər müdaxilə edə bilər. Yəni, burda olan boşluqlar həddindən artıq çoxdur. Nəticə etibarı ilə əziyyətini kiçik və orta sahibkarlar çəkir”. 

Natiq Cəfərli bildirib ki, dövlətin bu sahəni qanunlar və sanitar normalar çərçivəsində dəstəkləməyə, tənzimləməyə  marağı olmalıdır:

“Əslində isə bu iş özünəməşğulluqdur. Dövlət isə belə sahibkarlara dəstək verməlidir. Çünki dövlətin əsas funksiyalarından biri insanları işlə təmin etməkdir. 

Əgər insan özünü işlə təmin edə, işləyib pul qazana bilirsə, buna maneçilikdənsə, dəstək olmaq daha yaxşıdır”. 

“Sahibkarların iddiasına görə bu məsələdə həm də iri supermarketlərin də əli var, bu fikirlər nə qədər doğrudur” sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, bu qadağalarla bağlı iri marketlər şəbəkəsinin də marağının olduğunu istisna etmir:

“Amma başqa bir səbəb də ola bilər. Bildiyimiz kimi bu ilin sonunda çox mötəbər, böyük bir tədbirin keçirilməsi nəzərdə tutulub. COP29 zamanı ölkəyə 80-90 min qonaq gələcək. 100-dən çox ölkənin dövlət və hökumət başçıları, nazirlərinin gəlməyi nəzərdə tutulur. Bu küçə ticarətini yığışdırmaqla küçələrdə ümumi səliqə və səhmanın yaradılmasına da çalışırlar. Bu ehtimal da var. Amma bu da doğru deyil. Çünki gələn qonaqların yaşadıqları şəhərlərdə küçə ticarəti var, amma bunu tənzimləmə mexanizmləri də var”.

Natiq Cəfərli bildirib ki, bu ticarəti tənzimləmələrin, lisenziyaların, bələdiyyələrin vasitəsi ilə həyata keçirmək olar:

“Məsələn, Türkiyədə küçə ticarətinə bələdiyyələr nəzarət edir və onların daxili gəlirlərinin əsas hissəsini küçə ticarətindən gələn vergi və lisenziyaların pulları təşkil edir. Azərbaycan da artıq bu qaydalara keçməli, şəffaf mexanizmlər işə düşməlidir”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

"Vvooden Equipments Sales" MMC hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin