BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
44688

Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB) məlumatına görə, Azərbaycan iş adamlarının Türkiyəyə yatırımları 4 dəfə artıb. 2024-cü ilin yanvar ayında azərbaycanlı iş adamları Türkiyədə yaradılan şirkətlərə ümumilikdə 9 milyon 250 min lirə yatırım ediblər. Türkiyə bazarında yatırım etmək azərbaycanlı iş adamlarına nə qədər faydalı olur? Hansı səbəblərdən azərbaycanlı iş adamları daha çox Türkiyə bazarına yatırım edirlər?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirb ki, investisiyalar üçün dövlətlərarası münasibətlər yaxşı olmalıdır. İş adamları bilməlidirlər ki, müxtəlif səbəblərdən nə zamansa təqiblərə məruz qalmayacaqlar:

“Xarici ölkələrdə bəzi iş adamlarının əmlakının dondurulması ilə bağlı xəbərlər eşidirik. Buna görə də, investorlar daha çox dövlətlərarası əlaqələri yaxşı olan, gələcəkdə problemlər ilə üzləşə bilməyəcəyi bazarlara meyl edirlər. Türkiyə bazarının azərbaycanlı iş adamları üçün bəzi müsbət tərəfləri var. Məsələn, Avropa Birliyi ölkələrinə getmək üçün uzun prosedurdan keçmək lazım olduğu halda, Türkiyəyə sadəcə şəxsiyyət vəsiqəsi ilə getmək olur. Bundan əlavə, vəsait yatırımı edən zaman Avropa vəsaitin mənbəyi ilə bağlı bir çox tələblər irəli sürür. Amma Türkiyədə bu kapital ilə bağlı müəyyən sərbəstlik var. Dil faktoru da burada müəyyən rol oynayır ki, azərbaycanlı iş adamları özlərini tam ifadə edə bilirlər. Eyni zamanda inflyasiya olmasına baxmayaraq, Türkiyə iqtisadiyyatı dinamik sürətdə artır. Bu baxımdan da bizim sahibkarlar üçün Türkiyə bazarı maraqlıdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

"Vvooden Equipments Sales" MMC hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin