BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7774
  • RUB
    1.8994
  • TRY
    0.047
  • GBP
    2.1344
42804

İnkişaf etmiş, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrdə futbol investorların həvəslə pul yatırdığı biznes növüdür.

Onlar tanınmış və peşəkar futbol klublarına investisiya qoyaraq böyük məbləğdə qazanc əldə edirlər, eyni zamanda, bu idman növünün inkişafına töhfə verirlər.

Azərbaycanda isə vəziyyət fərqlidir. "Qarabağ Futbol Klubu" MMC-ni çıxmaq şərtilə ölkədə heç bir futbol klubuna yatırım edilmir. Bir sözlə, futbol bizdə biznes deyil. Bəs bunun səbəbi nədir? "Report" bu suala cavab axtarıb.

Azərbaycan Premyer Liqasında çıxış edən, cari mövsüm ikinci pillədə qərarlaşan “Sumqayıt Futbol Klubu" MMC-nin baş məşqçisi Samir Abasov hesab edir ki, klublar biznes dairələrinin diqqətini cəlb etmək üçün Avropa arenasına çıxmalıdır: "Son illər "Qarabağ" Avropa arenasında uğurlu çıxış edir. Onların yanında 2-3 klub da olsa, bəlkə maraq yaranar. Bir sözlə, klublar Avropada sözünü deməlidir. Biz bütün işlərdə geridə qalırıq. Hazırda ikinci yerdəyik, yeni stadionumuz var, amma oyunlarımıza azarkeş yığa bilmirik. Hansı ki, azarkeşlər bizim stimulumuzdur. İnvestorları bura cəlb etmək üçün təkcə klubda yox, ölkədə də bəzi işlər görülməlidir".

“Report"a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, "Neftçi" və "Keşlə" klublarının sabiq idman direktoru Ceyhun Sultanov deyir ki, investorların yatırım etməməsi başadüşüləndir:

"Azərbaycanda klubların durumu ürəkaçan deyil. Vəziyyətin düzəlməsi üçün külli miqdarda vəsait lazımdır. Səudiyyə Ərəbistanındakı kimi bu sahəyə milyonlarla pul ayırmaq lazımdır. O da inandırıcı deyil. Bizdə azarkeşlər stadionlara getmirlər. Futbol matçına bilet 1-2 manatdır. Hər oyuna ən çox 2 min azarkeş gəlir. Klub bilet satışından gəlir əldə etmir. Futbol yayımından cüzi miqdarda gəlir əldə edir ki, o da qənaətbəxş deyil. Klub futbolçu alıb-satmalıdır. İspaniyanın aşağı liqalarında oynayan 25 yaşlı futbolçu Azərbaycanda gəlib futbol oynamaz. Avropada klublar 1 milyona futbolçu alıb, onu 10 milyona satır. Bizdə bu mümkün deyil. Klubun gəliri belə şeylərdən çıxır. Xırda sponsorlar kluba gəlir gətirmir. Köklü sponsor olmalıdır. Hazırda heç bir klub özü-özünü maliyyələşdirə bilməz. Bu mümkün deyil".

Pelikan Akademik Futbol İnstitutunun və II Liqada çıxış edən, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Şəfa Futbol Klubu" MMC-nin prezidenti Rəsul Allahverdiyev isə deyir ki, investorların klublara etibarı yoxdur: “Ölkədə ən populyar klub “Qarabağ”dır. Bu klubun bu günə gəlib çıxması üçün nə qədər vəsait xərclənib, əziyyət çəkilib. Səbrli olmaq lazımdır. Amma hamının səbri çatmır. Bundan əvvəl nə qədər klublar yarandı, nə qədər böyük şirkətlər onları himayə etdi, amma axırda onların səbri çatmadı. Klublar düzgün idarə olunmadı, milyonlar havaya sovruldu. İnvestorların gözü önündə bu praktika da var. “Qarabağ”dan başqa hansı klub zəmanət verə bilər ki, orada pul batmayacaq?”

Klub prezidenti hesab edir ki, futbol spesifik sahə olduğu üçün investorlar da futbol adamları olmalıdırlar: "Azərbaycanda futbol populyarlığını itirib. Brendin tanıtma qabiliyyətini inkişaf etdirmək lazımdır. Bununla bağlı xüsusi proqram olmalıdır. Əsasən Avropa təcrübəsinə baxılmalıdır. Əgər reklam bazarı, auditoriya varsa, məhsulunu reklam edib sata bilərsən. Klubların marketinq bölməsi burada çox iş görməlidir. Bu məsələlər daha qlobal şəkildə həll olunmalıdır. İndiki vəziyyətdə investorların futbola pul yatırmaması çox məntiqlidir”.

Onun sözlərinə görə, FIFA və UEFA klub idarəçilərinin ixtisaslaşması yönündə ciddi tələblər qoyub: “Lisenziyalaşdırma tələbləri, müvafiq kurslar var. Azərbaycanda futbolda peşəkar kadr çatışmazlığı müşahidə edilir. Klublar peşəkar futbol idarəçisi tapa bilmirlər. Belə problemlər varkən, klublara yatırım etmək çətin məsələdir. Ona görə də sahibkarları başa düşmək olur. Əvvəlcə dediyim problemləri həll etmək lazımdır”.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru olan İntiqam Səfərəliyev də deyir ki, futbol klublarına yatırım etmək maraqlı fəaliyyət deyil: “Klublar maliyyə hesabatlarını açıqlayıb təqdim etməlidirlər. İnvestisiya qoyulur ki, gəlir əldə olunsun. Yatırım olunan sahə haqqında məlumatlı olmaq lazımdır. Bu məsələ ilə bağlı mənə heç müraciət edən də olmayıb”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 10, I Liqada 10, II Liqada isə 14 klub çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Honda" "Nissan"ı almaq üçün icraçı direktorun istefasını gözləyir

“CV Mərtəbə” cərimələndi

Azərbaycandan Nobel mükafatına onlar namizəddir - FOTO

“Azər-İlmə”nin yarım milyon manata yaxın vergi borcu var

Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq

17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib

"Mİ Telecom”un 200 minə yaxın borcu var

"Mİ Telecom”un 200 minə yaxın borcu var

ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb

Ötən il kredit qoyuluşları 29 milyardı keçib

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Əhalinin banklardakı əmanətləri 13% artıb

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

"Goldman Sachs": Qızılın qiyməti 3100 dollara qədər artıla bilər

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Bu sığorta şirkəti ləğv edildi

Birbank-da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın®

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

"Legion Financial" 1 milyon manat borca girir

"Azercell" bu şəxslər üçün mobil internetin qiymətini artırdı

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dan əməliyyat

Bu tarixdən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək

Vətəndaşın bank kartından oğurluq edildi

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

Məmurlarla əlbir olan iş adamı həbsdən azad edildi

Nazirlikdən “Apteklər cərimələnəcək” xəbərinə REAKSİYA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin