BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
41976

İnsanlar arasında gəlirli sahə olaraq tanınan istiqamətlərdən biri arçılıqdır. Bəzən şəxslər qoyulan sərmayənin çox daha yüksəyini əldə edəcəyini gözləyirlər. Ölkədə balın satış qiymətlərinə nəzər yetirdikdə həqiqətən də, bu sahənin gəlirli olduğunu düşünmək mümkündür. Amma arıçılıq ilə heç də hamı məşğul ola bilmir.

Bu təsərrüfat sahəsi ilə məşğul olmaq istəyən şəxslər hansı məqamlara diqqət yetirməlidirlər? Bu təsərrüfata başlamaq istəyən şəxslərin nə qədər sərmayəsi olmalıdır?

Bu və digər vacib məlumatlar barəsində Valyuta.az-a danışan Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı bildirib ki, təsərrüfatın genişliyindən asılı olaraq sərmayə də dəyişir:

“Məqsəd ailə təsərrüfatı qurmaqdırsa, daha az məbləğ tələb olunur. Əgər biznes qurmaqdırsa, böyük məbləğ lazımdır. Bir arı ailəsi üçün 300 manat ilkin xərc hesab etmək olar. Təxminən, 200-220 manat arı, 80 manat pətəyin alınmasına xərclənir. Bundan sonra da hər arı ailəsinə yay aylarının əvvəlinə kimi 20-30 manat əlavə xərc çıxır. 50 arı ailəsi üçün təxminən 15-17 min manat vəsait lazımdır.

Əgər daha böyük təsərrüfat qurmaq istəyirsə, bu zaman xərclər daha çox olacaq. İşçi qüvvəsi, arının daşınması üçün lazım olan texnika çox sərmayə tələb edir. Məsələn, 200 arı ailəsi üçün 100-150 min arası maliyyə lazımdır” deyə, o, qeyd edib.

E.Bayramlı deyir ki, yatırılan sərmayənin götürülməsi təbiətdən asılı olaraq dəyişir:

“Arıçılıq tamamilə hava şəraitindən asılı təsərrüfat sahəsidir. Məsələn, maldarlıqda heyvanın qidalanması üçün yemi almaq, digər regionlardan gətirmək, otlaqda, yaxud şərait olmadığda fermada saxlamaq olar. Amma arı yalnız təbiətdən məhsul əldə edir, təbii ki, təmiz məhsuldan söhbət gedirsə. Bu sahə təbiətdən tamamilə asılıdır. Ona görə qoyulan sərmayənin nə qədər müddətdə götürülməsi təbiətdən asılı olaraq dəyişir. Dəqiq demək olmur ki, 2-3 ildən sonra bu sərmayə götürüləcək”.

E.Bayramlı bildirib ki, bir arı ailəsi ildə bir kiloqramdan 100 kiloqrama qədər bal verə bilər:

“Məhsuldarlıq ölkələrə görə dəyişə bilir. Azərbaycanda məhsuldarlıq 12-15 kiloqram arasında dəyişə bilir. Bu da arıçıların nə dərəcədə peşəkar yanaşmasından, arıların harda yerləşdirilməsindən, istifadə olunan arı növlərindən, pətəklərin quruluşundan, xəstəliyin olmamasından, arıların qış dövrünü sağlam keçirməsindən və s. digər səbəblərdən asılı olaraq dəyişir”.

Müxtəlif risklərin olduğunu qeyd edən E.Bayramlı baxım prosesindən də danışıb:

“Burada müxtəlif risklər də var. Məsələn, 100 arı ailəsindən ibarət olan bir təsərrüfat quruldu. Bunun üçün 50 min ətrafında vəsait lazımdır və bu təsərrüfata kimin baxacağı vacib nüanslardandır. Burada hər arı ailəsinin ayrıca problemləri olur və buna görə onların hər birinə xüsusi yanaşma olmalıdır. Kənar şəxs arıçılıq təsərrüfatına oranın sahibi kimi qulluq edə bilmir. Arıçı özü işin içərisində olmalıdır. Daha sonra alınan məhsulun satılması prosesi çətindir, digər heyvandarlıq sahəsi kimi deyil. Balın yoxladılması, müştəri tapılması çətin prosesdir. Hava şəraitindən asılı olması da risklər sırasına daxildir. Havanın mülayim keçməməsi arıçılıq təsərrüfatının məhv olmasına səbəb ola bilər. Burada riskləri saymaqla bitməz. İstehsal prosesi, məhsulun olmaması, satıla bilməməsi və digər amillər bu riskləri əhatə edir”. 

“Bu gün Azərbaycanda fəaliyyət göstərən arıçılıq təsərrüfatlarında sahibi mütləq qulluq prosesində iştirak edir. Ya özü, ya atası, ya da digər şəxslər təsərrüfatda yaxından iştirak etməlidir. Kənardan kiminsə bu sahəyə yatırım edib, uğurlu olması mümkün deyil. Ölkədə arıçılıq təsərrüfatı məhv olan şəxslər onlardır ki, bu prosesdə iştirak etmir, yatırım edib kimisə ora təyin edir. Bu təsərrüfatda iştirak etmədən yatırım etmək mümkün deyil. İstisna hal odur ki, yatırım edən şəxs təsərrüfata baxacaq şəxs ilə razılaşır və əldə olunan gəlir iki hissəyə bölünür. Ümumiyyətlə, arıçılıq təsərrüfatına başlayan zaman böyük məbləğdə yatırım etmək lazım deyil. Müəyyən müddətdən sonra genişləndirmək olar”- E.Bayramlı əlavə edib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sahibkarlar 9 ayda 50 milyard manata yaxın sənaye məhsulu istehsal edib

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək - SİYAHI

Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin