Eyni adda iki şirkət necə yaradılıb?

Redaktor

17.01.2024 11:17
1,422

Eyni adda iki şirkət necə yaradılıb?

Bir material hazırlayan zaman qarşımıza “M-Kontakt” adlı iki şirkət çıxdı. Fərqi VÖEN, fərqli reyester məlumatları, amma eyni ad. Lakin hazırda şirkətini qeydiyyatdan keçirmək istəyənlər mövcud olan şirkət adını təklif edəndə imtina alırlar, yeni ad seçmələri təklif edilir. Yəni eyni adda ikinci şirkət yarada bilmərik. Burada hansısa istisnalar varmı? Eyni adda iki şirkət necə yaradılıb?

Bu barədə Valyuta.az-a vergi mütəxəssisi Anar Bayramov bildirib ki, eyni adda müxtəlif şirkətlərin olması mümkün deyil, kiçik də olsa fərqlilik olmalıdır: “Eyni adda şirkəti qeydiyyatdan keçirən zaman vergi orqanı uyğunsuzluq göndərir və bu şirkətin artıq mövcud olduğunu bildirir. Bəzən olur ki, kiçik dəyişikliklər edərək sistemdən qeydiyyatdan keçmək olur, amma sənədlər təqdim olunan zaman yoxlanışdan keçmir, görünür ki, belə bir şirkət var, sadəcə xırda dəyişikliklər olunub. Bunlardan əlavə, fundamental dəyişiklik var ki, məsələn, hər hansı şirkət müxtəlif sahələrdə fəaliyyət göstərirsə, eyni addan istifadə etməyə icazə verilir. Bu zaman əsas ad eyni olaraq qalır sonunu daşınmaz əmlak, turizm və s. kimi dəyişilir”.

Mütəxəssis vergi xidmətindən qeydiyyatdan keçən zaman sağlam rəqabətin qarşısını almaq məqsədilə oxşar adlardan istifadə olunmasına icazə verilmədiyini qeyd edib: “Məsələn, hansısa tanınmış addan istifadə edərək şirkət yaratmaq istəyənlərə icazə verilmir. Amma ümumişlək sözlərin istifadəsi var ki, bundan hər kəs istifadə edə bilər. Məsələn, buta sözü. Buta travel, buta palace və s. formada istifadə edib şirkət yaratmaq olar. Elə sözlər var ki, müəyyən sahələrə aid sözlərdir və bunun istifadəsində hər hansı qadağalar yoxdur. Məsələn, gözəllik salonu açan bir şəxs bu sözün kombinasiyalarından istifadə edəcək başqa hər hansı sahədən istifadə edən deyil. Bu baxımdan bu cür ifadələrin işlənməsinə icazə verilir”.

Bəs icazə yoxdursa, eyni adda şirkət necə var?

Dövlət Vergi Xidmətinin media şöbəsinin rəisi Şahin Məmmədov bildirdi ki, eyni ad ilə fəaliyyət göstərən şirkətlər köhnə vaxtlarda qeydə alınıb: "Həmin şirkətlər 2008-ci ildən öncə qeydiyyata alınıblar. O vaxt hələ vahid elektron reyestr yox idi. Sistem 2008-ci ildən sonra tətbiq edilib. Nadir hallarda köhnə tarixə aid olan belə oxşar adlara rast gəlinə bilir. 2008-dən sonra aparılan qeydiyyatlar üçün təkrar ad qeydə alınmayıb. Ümumiyyətlə isə, 99,9 faizdən çox hallarda eyni adlı şirkətə rast gəlinə bilməz".

Əvəz Həsənov

Eyni adda iki şirkət necə yaradılıb?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...