Elektrik enerjisi, qızıl, tomat üçlüyü - Son 3 ildə qeyri-neft sektorunda ixracda payı olan məhsullar
Bu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. Bəs qeyri-neft sektorunda ixraca daxil olan məhsulların payında hansı tendensiya müşahidə edilir?
“Valyuta.az” bununla bağlı araşdırma aparıb.
2023-cü ildə elektrik enerjisi, qızıl, tomat
2023-cü ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci yerdə elektrik enerjisi olub. 11 ay ərzində elektrik enerjisindən ölkəyə gələn gəlir 379,3 milyon ABŞ dolları təşkil edib.
Bu siyahıda qızıl (143,1 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (140,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bəs bu göstərici 2022-ci ildə necə dəyişib?
2022-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib.
Karbamid, pambıq, qızıl
2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid ilk sırada yer alıb. Karbamiddən ölkəyə 198,6 milyon ABŞ dolları dəyərində ölkəyə gəlir gəlib.
İkinci yerdə pambıq olub, pambıq ixracından ölkəyə 161, 1 milyon ABŞ dolları dəyərində gəlir gəlib, qızıl (156,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilə gəlincə...
2021-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə 2,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
2021-ci ildə pambıq mahlıcı, qızıl, tomat
2021-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Ölkəyə pambıq mahlıcından 187,7 milyon ABŞ dolları vəsait daxil olub. Bu siyahıda qızıl (184,7 milyon ABŞ dolları) ikinci olub. Üçüncü yerdə isə pomidor (tomat ) olub, ölkəyə tomat ixracından 140,6 milyon ABŞ dolları dəyərində vəsait daxil olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay