BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39607

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya bankları tərəfindən sahibkarlara ayrılan kredit məbləğinin 60 faizinədək olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.

Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.

Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1.531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.

Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin