BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
38833

“Hər yeni mebelin ağacdan hazırlanaraq təbiətə zərər vurulduğunu görəndə bir həll yolu düşündüm”.

Bunu yeni biznes layihəsi haqqında Valyuta.az-a danışan Sayad İbrahimov dedi.

Təbiətə dəyən ziyanı azaltmaq üçün Sayadın payına düşən həll yolu təkrar emal prosesindən istifadə edərək mebellərin hazırlanmasıdır. Sayad İbrahimov bu biznes ideyasını gerçəkləşdirmək üçün Amerikaya üz tutub. Təkrar emal olunma prosesindən əlavə, o, transform mebellər - yəni yığcamlaşa bilən, bir neçə məqsədlər üçün istifadə edilə bilən və yer baxımından qənaət edə biləcəyiniz mebelləri istehsal etmək fikrindədir. 

S.İbrahimov bildirir ki, təkrar emal olunan mebellər təbiətə dəyən ziyanı azaldacaq: “Bu, digər mebel şirkətlərindən fərqli olaraq daha innovativ və müasir dünyada yaşıl təbiətin qorunmasını ön planda tutduğum bir layihə və şirkətdir. Mebellər ağaclardan hazırlandığı üçün təbiətə kifayət qədər zərər vurur. Xüsusi tullantılardan təkrar emal vasitəsi ilə mebel üçün xammalın hazırlanması, eyni zamanda qənaət, komfort və ölçü baxımından da əlverişli olan transform mebellərin hazırlanması ilə təbiətə dəyən ziyanı azaltmaq olar. Günümüzdə inkişaf etməkdə olan tullantılardan təkrar emal (recycle) prosesini bu sahəyə də tətbiq etməyə qərar verdim. Təbii ki, proses eyni deyil. İstifadə olunacaq tullantılar və onun təkrar emalı prosesi, son mərhələdə xammal halını alması fərqli prosesdir”.

Düşünə bilərsiniz ki, bu biznesi niyə Azərbaycanda yox, Amerikada gerçəkləşdirmək istəyir. Sayad bəy bunun səbəbini açıqlayır:

“2022-ci ildə biznes imkanlarını araşdırmaq və səyahət məqsədi ilə Amerikaya gəldim. Burada da digər ölkələrdə olduğu kimi araşdırmalar etdim və görüşlərdə iştirak etdim. Biznes mühiti, daxili bazarın böyük olması, qlobal bazara daha rahat açılma imkanları, azad rəqabət və bu kimi bir çox səbəblərdən şirkəti Amerikada qurmaq qərarına gəldim”.

Sayad bu yolda tək deyil. İki komanda yoldaşı ilə bizneslərini reallaşdırmaq üçün 1 ildir ki, yola qoyulublar: 

“Transform mebellərin hazırlanmasına digər 2 komanda yoldaşım, ortağım Nicat İbrahimov və İlkin İbrahimli (Hansı ki Azərbaycanda “İlk Mobilya” şirkətini idarə edirlər) ilə birlikdə düşünərək qərar verdik. Bu fəaliyyətə artıq 2022-ci ilin iyun ayından etibarən rəsmi olaraq başlamışıq. Daha sonra isə təkrar emal prosesini bu sahəyə tətbiq edə biləcəyimizi düşündüm və fikrimi komanda yoldaşlarımla bölüşdükdən sonra, bu məsələ ilə bağlı da araşdırmalara başladım. Hazırda şirkətimizi və komandamızı Amerika Birləşmiş Ştatlarında mən təmsil edirəm”. 

Sayad İbrahimov, Amerika iş adamlarının bu biznesdə maraqlı olduqlarını deyir:

“Artıq mələk investorlar və bu sahədə işləyən bəzi iş adamları ilə görüşlər keçirilib və bu layihənin ərsəyə gətirilməsində maraqlıdırlar. Hazırda da görüşlər keçirilir və müzakirələr aparılır. Artıq transform mebellərlə bağlı nümunələr hazırlanıb və test edilib. İndi isə xammal əldə edilməsi üçün təkrar emal prosesinin tətbiqi üzərində işləyirik”.

Təkrar emaldan əldə oluna bilən mebellər Sayadın ilk biznes layihəsi deyil: “Daha öncə gözdən əlillər üçün ağıllı qol saatı hazırlamışdım. Bu startap layihəsi idi, bir neçə investisiya təklifi alsam da, şərtlər qane etmədiyindən eyni zamanda tələbəlik dövründə olduğum üçün bir sıra məhdud səbəblərdən dolayı layihənin istehsal və satışını edə bilmədim”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin