Müəssisələr niyə uğursuz olur?
Hər kəsin müəyyən arzuları var, bəziləri isə öz biznesini qurmaq arzusundadır. Bu səbəbdən inandığı işi etmək üçün çox çalışır. Ancaq bəzi hallarda hər şey planlaşdırıldığı kimi getmir. Bəzən şirkətlər uğursuz olur və bağlanır. Bəs niyə bəzən bizneslər və ya şirkətlər uğursuz olur? Bundan qaçmaq üçün nə etmək lazımdır?
BİZNESİNİZİ YAXŞI BİLİN
İlk növbədə işinizi yaxşı bilməyiniz lazımdır. İşinizi yaxşı bilməli və rəqiblərinizi araşdırmalısınız. Rəqiblərinizə baxmasanız və həmin sahənin necə inkişaf etdiyini izləməsəniz, öz sahənizdən kənarda qalacaqsınız. Öz sahəndən uzaqlaşdıqca uğurdan da getdikcə uzaqlaşırsan. Beləliklə, etməli olduğunuz ilk nüans işinizi yaxşı bilmək və hansı hədəf auditoriyaya müraciət edəcəyinizi müəyyən etməkdir.
İDARƏETMƏ YAXŞI OLMALIDIR
Biznesinizdə ən vacib yerlərdən biri menecmentdir. İdarəetmə nə qədər yaxşı olarsa, biznesiniz bir o qədər yaxşıdır. Şirkətlərin mal alqı-satqısı, mənfəət və zərər münasibətləri və ya müştərilərə çatmaq üçün reklam kimi əsas ehtiyaclarını yaxşı idarə etmək lazımdır. Bunları başa düşməyən rəhbərliyiniz varsa, biznesinizdən istədiyiniz səmərəliliyi əldə edə bilməzsiniz.
REALİST PLANLAR QURUN
Məsələn, 6 ayın sonunda 20 faiz qazanc əldə edəcəyinizi hesabladınız. Amma siz bu hesablamada reallıqdan uzaqsınız. Bəli, xəyal etdiyiniz biznesi açdınız, amma hər dəfə reallıqdan uzaqlaşdığınız zaman özünüzə pis xidmət edirsiniz. Çünki məqsədinizə çata bilməyəcəksiniz və bu sizə daha pis təsir edəcək.
HƏR ZAMAN “B” PLANINIZ OLMALIDIR
Hər hansı vəziyyət üçün ehtiyat planlarınız olmalıdır. Təsəvvür edin ki, siz kafe işlətməyə qərar verdiniz, lakin bələdiyyə sizə küçədə stol qoymağı qadağan etdi. Bu vəziyyətdə təcili “B” planı tapmaq lazımdır. Məsələn, içəridəki masaları bir az da kiçiltməklə yerə qənaət edə bilərsiniz. Verdiyimiz misal əslində olduqca sadədir. Yetər ki, asanlıqla təslim olmayasan və döyüş ruhunu göstərəsən.
TEXNOLOGİYADAN UZAQ QALMAYIN
Bu, texnologiya əsridir. Texnologiyadan uzaqlaşsanız, irəliləmək mümkün deyil. Biznesinizin sosial media hesabları və reklam edə biləcəyiniz veb-saytı olmalıdır. Sosial media sayəsində sizin üçün reklam etmək də asanlaşır.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay