Böyümək istəyən sahibkar özünə bu sualı verməlidir – Anar Bayramov
Anar Bayramov
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant
Böyümək istəyən hər bir sahibkar, şirkət rəhbəri özünə bu sualı verməlidir: Böyüməyə nə mane olur?
Şirkətlərimizdə ən çox gözardı edilən məsələlərdən biri məhz “kapasite” çalışmasının yaxşı aparılmamasıdır. Daha çox satmaq, daha çox istehsal etmək, daha da böyümək üçün gücümüz varmı? Böyüməyə əsas əngəl (darboğaz, bottleneck) nədir? Çox müxtəlif cavablar ola bilər: şirkət sahibinin - rəhbərinin yanaşması, maliyyə çatışmazlığı, işçi sayı, markanın yetərincə tanınmaması, avadanlığın gücü, işin təşkilində səmərəsizlik, bilik və bacarığın çatışmaması, müştəri xidməti, yeniliyə açıq olmama, avtomatlaşma səviyyəsi, proseslərin mürəkkəbliyi, işçilərin motivasiyası - bağlılığı və s.
Burda əsas məsələ odur ki, ilk növbədə şirkətin önünü bağlayan ən böyük əngəl(lər) müəyyən edilsin, şirkətin önü açılsın.
Bu əngəllər necə müəyyən olunur? Bunun üçün şirkətin performansı və gücü dərindən təhlil (diaqnostika) edilməlidir. Şirkət üçün kritik olan dəyər komponentləri (satış, müştəri məmnuniyyəti, məhsul portfelinin optimallığı, marka dəyəri, müştəri portfeli, maliyyə göstəriciləri, keyfiyyət, sürətli xidmət və s.) üzrə cari vəziyyət və böyümə potensialı qarşılaşdırılmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay