BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

İnsan resursları bazarında şirkətlər tərəfindən hansı peşə sahiblərinə daha çox məvacib təklif olunur?

Bu mövzu ilə bağlı rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova Valyuta.az üçün yazır.

Maliyyə sahəsində idarəçilər - Maliyyə sahəsi deyəndə, adətən sığorta və bank sahəsi nəzərdə tutulur. Bu sahədə idarəçilər çox məhdud saydadılar. Bundan əlavə, idarəçi nüfuzlu, bacarıqlı, təcrübəli şəxs olmalıdır. Bu səbəbdən vakansiya bazarında yüksək maaş təklif edilməsi normaldır. Onu da qeyd edim ki, belə kadrlar adətən, iş elanları saytlarında CV yerləşdirmirlər. 

Kibertəhlükəsizlik mütəxəssisi - Kibertəhlükəsizlik mütəxəssisi gələcək peşələr siyasına daxildir. Son zamanlar kibercinayətkarlığın, kiberhücümların hətta kiberterrorun artması dövlət və özəl qurumlar üçün yeni təhlükələr yaradır. Bu səbəbdən kiber təhlükəsizlik peşəkarlarına tələbat artıb.

Back-end proqramçılar - Dünyada və Azərbaycanda back-end proqramçılara tələb günü-gündən artır. Yeni texnologiyaların inkişafı, internet və mobil telefon istifadəçilərinin sayının artması əmək bazarında proqramçılara tələbatı yüksək səviyyədə saxlamağa davam edir. Məhz bu səbəbdən Azərbaycanda son zamanlar İT və proqramçı sahəsində kursların sayı artır.

Maliyyə direktorları - Peşəkar maliyyə direktorlarına hər zaman ehtiyac var. Çünki onlar həm vergi qanunvericiliyi üzrə biliklərə malik olmalıdırlar, həm də şirkətin maliyyə göstəricilərini düzgün təhlil edib, şirkətin strateji inkişaf planlarının tərtibində iştirak etməlidirlər. Son zamanlar biznesin şəffaflaşdırılması prosesi maliyyəçilərə tələbatı artırıb.

Marketinq mütəxəssisləri - Marketinqin fəaliyyət sahəsi çoxdur. Məsələn, rəqəmsal marketinq, treyd, B2B və s. Amma bunların hamısını birləşdirən amil var. Şirkətin satışlarını artırmaq və brend qurmaq. Biznes isə satış olmadan inkişaf edə bilməz. Əgər marketoloq öz təcrübəsinə əsaslanaraq qısa müddət ərzində satışları artıra bilərsə, şirkət üçün o əvəz olunmaz kadra çevrilir.

UX və Uİ dizaynerlər - UX (User Experience) /Uİ (User Interface) dizayner müasir peşələrdən biri sayılır. Bu peşə sahibləri mobil tətbiqlərin və web saytların dizaynını, istifadəçilər üçün maksimum dərəcədə rahat etməlidirlər. Yəni dizayn istifadəçilərin vərdişlərinin, davranış qaydalarının əsasında yaradılmalıdır. Son illərdə saytların sayı və mobil tətbiqlərin yüklənməsi ölkədə sürətlə artır. Bu səbəbdən şirkətlərdə UXUI dizaynerlərə tələbat çoxdur.

Memarlar - Memarlara tələbat tikinti bazarında olan vəziyyətdən asılıdır. Bu sektor isə Azərbaycanda son 20 ildə yüksək sürətlə inkişaf edir. Yerli və xarici tikinti standartları haqqında biliklərinə sahib olan, layihələndirmə normativlərini bilən, təcrübəli memarların işsiz qalmaq şansları çox azdır.

SƏTƏM mütəxəssisləri – Bu mütəxəssislərin əsas fəaliyyəti şirkətin əməkdaşlarının iş yerində sağlamlığına zərər gətirən faktorları minimuma endirmək, qanunvericiliyin standartlarını tətbiq etmək və ətraf mühitin  zərər verməsi hallarına yol verilməməsidir. Əməyin mühafizəsi, Ətraf Mühitin Mühafizəsi haqqında qanunların tətbiq edilməsi və sərtləşdirilməsi SƏTƏM mütəxəsislərinə tələbatı artırıb.

Nuray

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər