“Rəhbər işçilər arasındakı hörmətini qorxu ilə təmin etməyə çalışsa...”
“Öz sözünü qəbul etdirmək üçün gənc rəhbərlərin artıq dərəcədə avtoritar və diktatorial reaksiyalar göstərməsi yanlışdır”.
Bunu Valyuta.az-a idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir söylədi.
A.Kandemir deyir ki, şəxslərin özlərinin rəhbər olduqlarını sübut etmək üçün əmr formasında danışıq tərzi sərgiləmələri doğru yanaşma deyil: “Dinləmədən “İzahatını yaz, töhmət verərəm, rədd ol çölə” tərzində reaksiyalarla gənc rəhbərlərin hakimiyyət qurmaq anlayışı ilə öz sözlərini qəbul etdirmək niyyəti rəhbərə də, işçilərə də, şirkətə də böyük zərər verir. Bir rəhbərin işçilərin hörmətini qazanmaq üçün bunları etmək yerinə xarakterini, insanlığını, iş haqqında biliklərini ortaya qoyması, sərgiləməsi lazımdır. Bir rəhbər bunları etdiyi halda, təbii olaraq işçilər ona hörmət qoymağa başlayacaq. Ancaq bir rəhbər işçilər arasındakı hörmətini qorxu ilə, avtoritar üsulla təmin etməyə çalışsa, bu zaman məhsuldar, sədaqətli, xoşbəxt bir komanda qurmaq mümkün olmayacaq”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay