Hansı işçilər məzuniyyətə çıxmaq istəmirlər?
İş mühitində məzuniyyət nə qədər şirin olsa da, bəzi işçilər var ki, məzuniyyətə çıxmağa üstünlük vermirlər. Bu nə qədər təəccüblü olsa da, tez-tez rastlaşdığımız haldır. Bəs o işçilər kimlərdir?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, həmin işçiləri bir neçə qrupa ayırmaq olar: “Məzuniyyətə çıxmayan işçilər bəzən asosial insanlar olurlar. Sosiallaşmağa üstünlük vermirlər, işə gəlib-getmək onlar üçün yetərli olur. Bir qrup işçi isə elə işləməyi istirahət olaraq görür. İşə gəlib-getmək onun üçün istirahətdir. Bir qisim isə deyir ki, maaşım azdır, o maaşla necə istirahət edəcəm? Düzdür, onların içərisində əməkhaqqısı istədiyi istirahətlə uyğunlaşmayanlar da var. Lakin bəzən baxırıq ki, o adamın əməkhaqqısı da normaldır, istirahətə kifayət edəcək. Yenə də deyir ki, pulum istirahətə çatmaz. O işçilər isə bir qrupdur ki, karyeralarının başlanğıcında az maaş alıblar deyə, indi çox maaş alsalar belə, onun təsirində qalıblar. Az maaş alanda da düşünürlər ki, məzuniyyətə çıxmaq sərf etmir. Çox maaş alanda da elə düşünürlər”.
İlkin Mirzəzadə bildirdi ki, bəzi hallarda işçilər istirahətin baha başa gələcəyini düşünüb məzuniyyətə getmək istəmirlər: “Bəzi əməkdaşlar elə fərz edirlər ki, istirahətə çıxsalar, planlaşdırılandan daha çox xərcləməli olacaqlar. İstirahətin bahalı olduğunu düşünürlər. Ona görə də, məzuniyyətə çıxmaq əvəzinə işləyib, planlaşdırılan kimi xərcləməyə üstünlük verirlər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay