Biznes
04.10.2023 / 12:02
Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb
33769
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 mlrd. ABŞ dollarından çox olub.
Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 434,32 mln. ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay