BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
49876

11 iyun 2024-cü il tarixində, PAŞA Kapital İnvestisiya Şirkəti İdarə Heyətinin Sədri Ceyhun Hacıyev, İdarə Heyətinin Sədrinin müavini Rauf Qurbanovun iştirakı ilə 2023-cü ilin və cari ilin 1-ci rübü üzrə maliyyə göstəricilərinə, həmçinin şirkətin 2023-2025-ci illər üzrə strateji hədəf və planlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Kapital bazarlarının cari vəziyyəti, gələcək perspektivləri, hüquqi və fiziki şəxslər üçün bu gün böyüməkdə olan bazarın imkanlarının da ətraflı müzakirə olunduğu konfransda PAŞA Kapitalın yerli və beynəlxalq bazardakı fəaliyyəti, əldə etdiyi maliyyə uğurları və gələcək hədəfləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycanın kapital bazarında 12 ildən çox fəaliyyət göstərən “PAŞA Kapital” cari ilin birinci rübünə əsasən bazarın 50%-nə sahibdir. Hesabatda bazar payının yatırım alətləri üzrə bölgüsü isə aşağıdakı kimidir:

- Dövlət qiymətli kağızlar bazarında son 2 il ərzində bazar payı artaraq 56% təşkil edib. Cari ilin birinci rübündə isə bu göstərici 59%-dir.

- Korporativ qiymətli kağızlar bazarında da şirkət mövqeyini möhləndirərək cari ilin birinci rübündə 24% bazar payına malik olub.

- REPO bazarında isə şirkətin bazardakı payı 2022-ci ildə 38% və 2023-cü ildə 39%, 2024-cü ilin birinci rübündə isə 48% təşkil edib.

Daha bir diqqət çəkən uğurlu göstərici isə “PAŞA Kapital”ın ümumi portfel həcminin 2023-cü ilə nisbətən 167% artaraq 70 milyon AZN təşkil etməsi oldu. Bununla yanaşı, şirkətin 2021-ci ildən etibarən kapitalının artım dinamikasında 70%-dən çox, xalis gəlirin artım dinamikasında isə 40%-dən çox artım müşahidə olunur.

Bakı Fond Birjasında aylıq dövriyyəyə görə liderliyini qoruyan “PAŞA Kapital”, həmçinin cəmi aktivlərində də ötən ilin ümumi göstəricilərinə nisbətən cari ilin birinci rübündə kəskin artıma nail olub. Belə ki, 2023-cü ildə 66 milyon AZN olan bu göstərici, 2024-cü ilin birinci rübündə 70%-dən çox artaraq, 114 milyon AZN təşkil edib. Həmçinin xatırlatmaq istərdik ki, 2023-cü ildə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tarixi rekordunu yenilədi və şirkətin birja üzərindəki dövriyyəsinin həcmi 20 milyon AZN-dən çox təşkil etmişdi.

2023-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3,5 milyard AZN təşkil edib. 2024-cü ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 780 milyon AZN-ə yaxındır. “PAŞA Kapital”, həmçinin ilin sonuna qədər beynəlxalq bazarlardakı ticarət dövriyyəsini 5 milyard AZN-ə qədər yüksəltməyi hədəflədiyini vurğulayıb.

Təqdim olunan göstəricilər “PAŞA Kapital”ın innovativ maliyyə həllərinə fokuslanan uğurlu strategiyasının nəticəsi və Azərbaycanın kapital bazarına olan töhfəsinin ən bariz nümunəsidir. Şirkət investorları yatırım sahəsinə hazırlayır, onlara çoxşaxəli maliyyə həllərini etibarlı şəkildə təqdim edir. 

Xatırladaq ki, ölkənin lider investisiya şirkəti fəaliyyəti ərzində müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, “PAŞA Kapital” “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, 2023-cü ildə “İlin Ən Yaxşı Sabit Gəlirli İstiqrazları” kimi nüfuzlu mükafatlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin