Bank
24.01.2025 / 10:57
“Unibank” depozit faizlərini azaltdı
63716
“Unibank” depozit faizlərini azaldıb.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank əmanət faizlərini 0,5% azaldıb.
“Unibank” müddətli əmanətlər üzrə maksimal gəlirliyi 12%-dən 11,5%-ə endirib. Bu, 18 ay müddətinə yerləşdirilən depozitlərə şamil edilir.
Bank 3 aylıq əmanətlər üzrə 9%, 6 və 12 aylıq əmanətlər üzrə 11% və 24 aylıq əmanətlər üzrə isə 10,5% gəlir təklif edir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay