“Azər-Türk Bank” tələbləri pozub - Mərkəzi Bank sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, leverec əmsalı (I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti) ilə bağlı tələbləri pozub. Belə ki, AMB “Azər-Türk Bank”ın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbinin pozduğunu aşkarlayıb.
Mərkəzi Bank “Banklar haqqında” Qanunun 47-ci maddəsinin tələblərinə əsasən ATB-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd edək ki, sözügedən maddəyə əsasən sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklarda I dərəcəli kapitalın balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti (leverec əmsalı) 4 %-dən az olmamalıdır.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. ATB-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay