"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov
2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq.
Bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"2024-cü ildə iqtisadiyyatımız 4,1% artmışdır. Qeyri-neft məhsullarında artım 6,2% olmuşdur.
Nəqliyyat sektorunda 14,1%, informasiya və rabitə sahəsində 11,4%, turizm sektorunda 12,9% artıb. Proqnozlarımız müsbətdir. 2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq. Qeyri-neft ümumi daxili məhsullarında isə 5,2% olacağı gözlənilir", - deyə sədr bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay