Bank
03.12.2024 / 11:45
AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir
60632
Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da əmtəə və xidmətlərin 35,5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.
AMB-nin məlumatına görə, hazırda valyuta ehtiyatları manatla pul kütləsi göstəricisindən (M2 pul aqreqatı) 3,5 dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay