AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb
Fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artaraq cari ilin sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.
Bu barədə Valyuta.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, dövr ərzində dollarlaşmada sabitlik müşahidə olunub. Hesabat dövründə manatla depozitlər 4% (0.8 mlrd. manat) artaraq sentyabrın sonuna 21.8 mlrd. manat, xarici valyutada depozitlər isə 1.4% (0.2 mlrd. manat) artaraq dövrün sonuna 13.8 mlrd. manat təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 34% təşkil edib. Qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması dövrün sonuna 30.9% olub.
Hüquqi şəxslərin depozitlərinin dollarlaşması prosesi də sabitləşmişdir. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 1.1 faiz bəndi azalaraq dövrün sonuna 41.8% təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay