Bank
29.11.2024 / 12:15
Son bir ildə 2 minə yaxın şəxs banklarda işləməyə başlayıb
60412
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklarda 25 min 66 nəfər çalışır.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 774 nəfər (7,6%) çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanda fəaliyyət göstərən banklarda işləyən işçilərin sayı 23 min 292 nəfər idi.
Son bir ayda isə 370 nəfər banklarda işləməyə başlayıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 2-si dövlət, 20-si özəl bankıdır. Bu bankların filiallarının sayı 481, şöbələrinin sayı 88-dir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay