Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®
Ölkənin birinci bankı Kapital Bank pərakəndə bankçılıq bazarındakı liderliyini bir daha təsdiqləyərək beynəlxalq “World Economic Magazine 2024 Awards”-ın “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı-2024” və “Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” mükafatlarına layiq görülüb.
“Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” adına layiq görülən bank ölkə üzrə geniş filial və partnyor şəbəkəsinə malik olmaqla yanaşı, bazarda lider mövqeyini bir sıra mühüm göstəricilərlə sərgiləyir. İnnovativ məhsullar və dayanıqlı maliyyə həlləri təqdim edən bankın hazırda nağd pul krediti üzrə portfeli 2.19 milyard manat, kredit kartları üzrə portfeli isə təxminən 688.03 milyon manat təşkil edir.
Bank “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı 2024” mükafatını cari ilin oktyabr ayında müştərilərə təqdim etdiyi Birbank Star kartı ilə qazanıb. “Birbank Star ilə sənə olar” şüarı altında təqdim edilən kart, kredit kartlarının ənənəvi şərtlərindən tamamilə uzaq, sadə və rahat maliyyə məhsuludur. Qeyd edək ki, Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə etmək mümkündür. Üstəlik digər bankların bankomatlarında nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında heç bir faiz və komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Vaxtında edilməyən ödənişlər üçün hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.
Kapital Bank 5 milyondan çox müştərisinin müxtəlif ehtiyaclarına uyğun fərqli həllər təklif edərək, hər kəsin güvənli maliyyə tərəfdaşı kimi çıxış edir. 2024-cü ili mükafatlarla dolu bir il olaraq davam etdirən bank bu nailiyyətləri ilə ölkənin maliyyə sektorundakı lider mövqeyini bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay