BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
60273

Bu il Azərbaycanda fəaliyyət göstərən banklarda əhaliyə məxsus olan əmanətlərin həcmində baş verən artımın əsas mənbəyi uzunmüddətli əmanətlər olub. 

Mərkəzi Bankın açıqladığı statistik məlumatlara görə, 2024-cü ildə əhalinin sahib olduğu uzunmüddətli əmanətlərin həcmində nəzərəçarpacaq artım var. Məhz uzunmüddətli əmanətlərin həcmindəki artım bütün əmanətlərin həcmində ciddi artıma səbəb olub. 

2024-cü ilin əvvəlində banklarda 2 milyard 586 milyon manat dəyərində uzunmüddətli əmanət olub. Həmin dövrdə cəmi əmanətlərin (12 milyard 948 milyon manat) 20 faizi uzunmüddətli əmanət idi.  2024-cü ilin noyabrın 1-də uzunmüddətli əmanətlərin həcmi 3 milyard 899 milyard manata yüksəlib ki, bu da cəmi əmanətlərin (14 milyard 266 milyon manat) 27,3 faizinə bərabərdir. Cari ilin geridə qalan 10 ayı ərzində uzunmüddətli əmanətlər 1,3 milyard manat, yəni 50 faizdən çox artıb. Bu dövrdə cəmi əmanətlər də təxminən 1,3 milyard manat (10 faiz) artıb. 

Müqayisədən görünür ki, 2024-cü ilin 10 ayında əmanətlərdəki artım məhz uzunmüddətli əmanətlərdəki artım hesabına baş verib. Uzunmüddətli əmanətlərin həcminin artmasının yeganə səbəbi 2024-cü ilin yanvarın 1-dən sonra həmin əmanətlərə görə verilən faizlərin vergidən azad edilməsidir. Yeni qaydalara asasən, manatla 18 ay və daha uzun müddətə banka yerləşdirilən əmanətlərin faiz gəlirindən vergi alınmır. Digər əmanətlər üzrə isə faiz gəlirinin aylıq məbləği 200 manatı ötdükdə bu həddən artıq olan məbləğdən 10 faiz vergi alınır. 

Uzunmüddətli əmanətlərdə həm də faizlər yüksəkdir. Yüksək faizdən vergi alınmadığından əmanətçi daha çox gəlir əldə edə bilir. On səkkiz aydan qısa müddətə qoyulan əmanətlərdə isə həm faiz azdır, həm də gəlirdən vergi də tutula bilər. Beləliklə, əmanətlərdən daha çox gəlir əldə etmək istəyən şəxslər vəsaitlərini banklara uzun müddətə əmanət edir və bu dəyişiklik banklarda manatla uzunmüddətli əmanətlərin həcmini artırır. 

© Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqladı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: “Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın?

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bankların aktivləri 50 milyard manata yaxınlaşır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin