Bank
27.11.2024 / 13:44
Bankların kredit portfeli 27 milyardı keçdi
60270
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27,080.5 mln. manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14,628.1 mln. manat);
ıı) istehlak kreditləri – 30.6% (8,277.8 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.4% (4,174.6 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay