“VTB Bank Azərbaycan” əvvəlki kimi qazana bilmir - Mənfəətdə 2 milyon manatlıq azalma

Redaktor

11.10.2024 11:16
408

“VTB Bank Azərbaycan” əvvəlki kimi qazana bilmir - Mənfəətdə 2 milyon manatlıq azalma

“VTB Bank Azərbaycan”ın bu ilin 9 ayında xalis mənfəəti 6 milyon 140 min manat olub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 % və ya 2 milyon 503 min manat azdır.

Bankın faiz gəlirlərinin həcmi bu ilin hesabat dövründə 17,2 %  və ya 3 milyon 470 min manat artaraq 23 milyon 616 min manata çatıb.

“VTB Bank Azərbaycan”ın qeyri-faiz gəlirlərinin həcmi 80 % və ya 4 milyon 373 min manat artaraq 9 milyon 835 min manata çatıb.
 
“VTB Bank Azərbaycan”ın faiz xərclərinin həcmi bu ilin 9 ayında 6 milyon 182 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,2 % və ya 1 milyon 167 min manat çoxdur.

Bankın qeyri-faiz xərclərinin həcmi 21 milyon 564 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,7 % çoxdur. 

“VTB Bank Azərbaycan”ın bu ilin 9 ayında aktivlərinin həcmi 299 milyon 153 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,7 % və ya 49 milyon 253 min manat çoxdur. 

Bankın öhdəliklərinin həcmi 201 milyon 507 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,8 % və ya 42 milyon 662 min manat çoxdur.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995 %-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005 %-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Nara

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? - SİYAHI

10.11.2025

Məzənnə

Yüklənir...