BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
53358

Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb. Belə ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb. Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.

Memoranduma əsasən tələbələrə yeni “Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə
ilə bağlı gözləntilər olduqca böyükdür.

Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: “Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək
həmkarımız kimi dəyərləndiririk”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.

Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb. Qeyd edək ki, “Tələbə+” kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Lokalizasiya: hədəf auditoriyanı tanımadan uğur mümkündürmü?

Neftimizin qiyməti 82 dolları keçdi

Azərbaycan bu ölkədən 1 ton bilyard əşyasını 5 892 manata alıb

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Rubl və avro bahalaşdı

“Kontakt Home”, “Baku Elektronics” market marketinqi ilə işləyir”

"Bitcoin" 104 min dolları keçə bilmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin