BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
52855

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə differensiallaşdırma aparılmaqla 4 bölgə müəyyən edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, I bölgə - Bakı şəhəri üzrə ilkin nizamnamə kapitalı 600 min manat, II bölgə - Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 450 min manat, III bölgə - I, II və IV bölgələr istisna olmaqla, digər şəhər və rayonlar, habelə Naxçıvan Muxtar Respublikası üzrə 375 min manat, IV bölgə - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri üzrə 300 min manat müəyyən olunub.

Bundan əlavə, hər əlavə obyekt üçün I bölgə üzrə 300 min manat, II bölgə üzrə 150 min manat, III bölgə üzrə 75 min manat, IV bölgə üzrə 0 manat həcmində nizamnamə kapitalının artırılmalı hissəsi tələbi də müəyyən edilib.

Tələblərə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək məntəqələrə fərqli yanaşılıb, əhalinin bu maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə VMM fəaliyyətinin həmin ərazilərdə təşkili üçün müvafiq kapital tələbləri minimum səviyyədə təsbit olunub.

Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba minimum nizamnamə kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.

Məsələn, Bakı şəhəri üzrə valyuta mübadiləsi məntəqəsi açmaq istəyən şəxs 600 min manat nizamnamə kapitalı yerləşdirməli və bunun 10%-i həcmində məbləği, yəni 60 min manatı müvəkkil bankda girov olaraq bloklaşdırmalıdır, həmin hüquqi şəxs Gəncə şəhərində əlavə valyuta mübadiləsi məntəqəsi açmaq istəyərsə, nizamnamə kapitalını 150 min manat artırıb onun 10%-ini, yəni 15 min manatı müvəkkil bankda xüsusi hesabda bloklaşdırıb Mərkəzi Banka müraciət edə bilər.

Bununla yanaşı, yeni tələblərə əsasən valyuta mübadilə məntəqəsi təşkil edilməsi yerinə görə 3 zona müəyyən edilib. Burada I qrup zonalar hava limanlarının aerovağzal kompleksi, II qrup zonalar iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və III qrup zonalar isə köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələridir. Binanın daxilinə çıxışı olan yalnız I və II qrup zonalarda açıla bilər.

Valyuta mübadiləsi məntəqəsi bütün zonalar üzrə hər bir xəzinədar üçün azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır. Həmçinin, I qrup zonalar istisna olmaqla valyuta mübadilə məntəqələri müştəriyə xidmət göstərilməsi üçün sahəyə malik olmalıdır. Bu sahə üzrə tələb II qrup zonalarda azı 4 (dörd) kvadrat metr və III qrup zonalarda azı 6 (altı) kvadrat metr olmalıdır. Bununla yanaşı xəzinədar tərəfindən səliqəli geyim qaydalarına riayət edilməsi tələbi gətirilib.

Eyni zamanda, valyuta mübadiləsi məntəqəsində müştərilərə açıqlanan məlumatlara (1) xüsusi elektron lövhədə komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə faktiki mübadilə məzənnəsinin (2) tətbiq edildikdə, komisyon haqqının (xidmət haqqı) qeyd olunması əlavə edilib. Qeyd olunanlarla yanaşı, valyuta mübadiləsi məntəqəsinin iş vaxtı, verilmiş lisenziyanın və lisenziyaya əlavənin (olduqda) surəti və istehlakçıların müraciət edə bilməsi üçün Mərkəzi Bankın “qaynar xətt”i barədə məlumat əks olunması tələbləri saxlanılıb.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun bu tələblərinə uyğun olaraq ölkədə 5 valyuta mübadilə məntəqəsi müstəqil formada fəaliyyət göstərir. Həmçinin, bir valyuta mübadilə məntəqəsi yeni qanunvericiliyə əsasən nizamnamə kapitalı və digər tələblərə əməl etməklə 24.02.2024-cü il tarixində müvafiq qaydada lisenziyanın əlavəsini almaqla fəaliyyətə başlayıb.

Hazırda valyuta mübadiləsi fəaliyyətinə lisenziya alınması ilə bağlı müraciətlərə qanunvericilik çərçivəsində baxılır. Bununla yanaşı, valyuta mübadiləsi fəaliyyətinə lisenziya alınması üçün qanunvericilikdə qeyd olunan məsələlərlə bağlı daxil olmuş sorğular müvafiq qaydada cavablandırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli Qanununun tətbiqi və digər aidiyyəti fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 avqust tarixli Fərmanı ilə Mərkəzi Banka bir sıra tövsiyələr verilib. Tövsiyələr əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 11 dekabr tarixli Qərarı ilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nın, (Forma) “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”in (Tələblər) və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” (Qayda) təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

İçərisində əqrəb olan içki 132 manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin