Verilən kreditlərin 83,6 faizi uzun müddətli kreditlərdir
Verilən kreditlərin 83,6 faizi uzun müddətli kreditlərdir
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 25 milyard 984,5 milyon manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz çoxdur.
Ümumi kredit portfelinin 21 milyard 731,5 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Qeyd edək ki, kreditlərin 94,8 faizi banklar, 5,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 21,9 faiz azalaraq 462,2 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay