Bank
14.06.2024 / 09:42
“Expressbank”da təyinatlar olub
50091
“Expressbank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilib.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarına əsasən Anar Hacızadə Fuad oğlu Audit Komitəsinin sədri təyin edilib.
Ona qədər bu vəzifədə Rüfət Nağıyev Ramiz oğlu idi. O isə Audit Komitəsinin üzvü seçilib.
Anar Hacızadə həmçinin bankın Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i “Azenco Group”a, 30.8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay