“Express Bank” “kiçilib”, aktivlərində 28 milyon manatlıq azalma
“Express Bank”ın 2024-cü ilin yanvar-mart aylarında aktvilərinin həcmi 531 milyon 812 min manat təşkil edib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 28 milyon 416 min manat yaxud da 5,1% azdır.
2023-cü ilin sonunda “Expess Bank”ın aktivlərinin həcmi 560 milyon 228 min manat olub.
Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli 2% və ya 8.5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106,5 milyon manat təşkil edib.
Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9,1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay