Bank
11.06.2024 / 09:30
"Premium Bank" kredit verilişi ilə bağlı Mərkəzi Bankın tələblərini pozub
49836
“Premium Bank”ın vəzifəli şəxsi Mərkəzi Bank tərəfindən cərimələnib.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bank “Premium Bank” ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.
Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Qanunun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay