S&P: Azərbaycanın cari əməliyyatlar hesabı 2028-ci ilə kimi profisitli olacaq
Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı (CƏH) 2028-ci ilə kimi profisitli olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib. S&P-nin proqnozuna görə, bu il CƏH profisiti ÜDM-in 10,3%-ni, 2025-ci ildə 6,9%-ni, 2026-cı ildə 5,7%-ni, 2027-ci ildə isə 4,6%-ni təşkil edəcək.
Reytinq agentliyi həmçinin, ticarət balansının ÜDM-ə nisbətini bu il üzrə 17%, 2025-ci il üzrə 14,3%, 2026-cı il üzrə 13,2%, 2027-ci ildə isə 12,2% proqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə CƏH-in profisi ÜDM-in 11,5%-i həcmində, yəni 8 milyard 329,4 milyon ABŞ dolları həcmində olub. AMB sədri Taleh Kazımov isə 2024-cü ilin sonuna CƏH-in profisitinin 7 mlrd. dollar, 2025-ci ildə isə 6,5 mlrd. dollar səviyyəsinə olacağını açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay