Bank
08.06.2024 / 15:37
S&P Global Ratings: Azərbaycanda uçot dərəcəsinin yumşaldılması kreditləşməni dəstəkləyəcək
49732
Azərbaycanın bank sektoru uzun sürən korreksiyadan sonra bərpa prosesini davam etdirir.
Valyuta.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.
"Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən etibarən bank sektorunda kredit fəaliyyəti yenidən canlanıb. Biz gözləyirik ki, uçot dərəcəsinin tədricən yumşaldılması 2024-2025-ci illər ərzində kreditləşmə artımını dəstəkləməlidir. Hesab edirik ki, kredit portfelinin artması fonunda problemli kreditlər (QPL) 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən rəsmi olaraq bildirilən 2,6%-lə müqayisədə növbəti iki il ərzində təxminən 4,0%-ə qədər arta bilər" - S&P əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay