Bank
05.06.2024 / 11:43
“Unibank”ın ehtiyatlarının həcmi 20 milyon manatdan çox azalıb
49480
“Unibank”ın 2024-cü ilin yanvar-mart aylarında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 48 milyon 888 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın hesabtına istinadən xəbər verir.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə 20 milyon 329 min manat, yaxud da 29,4 % azdır.
2023-cü ilin sonunda bu göstərici 69 milyon 217 min manat olub.
Bu il aprelin 1-nə “Unibank”ın aktivləri 1 milyard 588,679 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,9 % çoxdur.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay